Səhər-səhər dondurma yesəniz...

Müəllif: Barbaris
Şərhlər: 9
Baxılıb: 3 164
Səs ver:
(səs: 0)
Yay mövsümünün vazkeçilməzi olan dondurmanın maraqlı bir faydası üzə çıxıb.Qadinla.Com-un xəbərinə görə, Yaponiyanın Tokio Universitetinin alimləri deyirlər ki, dondurma insan orqanizmi üçün çox xeyirli ola bilər, xüsusən də səhər vaxtı yeyilərsə. Səhər yeyilən dondurma insanın əqli fəaliyyətini artırır, beyinin alfa-dalğalarını tənzimləyir. Alfa-dalğaları beyinin arxa hissəsindəki görməyə cavabdeh olan nahiyədə baş verir. Bu dalğalar daha çox gözləri yumanda və ya qaranlıq məkanda fəallaşır.Alimlər könüllü tələbələr üzərində təcrübə aparıblar. Səhər dondurma yeyən tələbələrin dərketmə, yeni informasiyanı mənimsəmə və diqqət cəmləməsində yaxşılaşma hiss olunub. Səhər yeməyi əvəzinə dondurma yeyənlər verilən tapşırıqların öhdəsindən daha yaxşı gəliblər, həm də gümrahlığı ilə digərlərindən seçiliblər.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 164
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri