Səhər bunları yeməyin!

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 4 196
Səs ver:
(səs: 3)
Səhər yeməyi ən vacib qida qəbuludur. Düzgün səhər yeməyi insanı gümrah edir, iş qabiliyyətini artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, maddələr mübadiləsi proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.

Lakin bunun üçün səhər yeməyi tamdəyərli olmalı, qidalar düzgün seçilməlidir.

Səhər yeməyi üçün uyğun olmayan qidalar bunlardır:

1.
Şirniyyatlar, un məmulatları - tort, pirojna, peçenye, bulka və s. Bu qidalar qanda şəkərin səviyyəsini kəskin qaldırır və sonra kəskin endirir ki, insan tez bir zamanda acır.

2. Təzə meyvə və tərəvəzlər. Tək meyvə və ya tərəvəz salatı səhər yeməyi üçün çox pis seçimdir. Acqarına yeyilmiş çiy meyvə və ya tərəvəzlər həzm sistemində müxtəlif pozulmalara səbəb ola bilər. Meyvələri sıyıqlara əlavə etmək olar.

3. Kolbasa və sosis. Bu qidalar ümumiyyətlə çox ziyanlıdır. Dünyada aparılmış araşdırmalar bu qidaların kanserogen (xərçəng əmələ gətirən) təsirini təsdiq edib.

4. Hazır səhər yeməkləri. Dükanlarda satılan və "sağlam qida" kimi təqdim olunan hazır səhər yeməklərinin tərkibində müxtəlif kimyəvi əlavələr (aromatizatorlar, boyaq maddələri və s.) çoxdur. Həmçinin onlar çox şirindir.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 196
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri