Qəhvə hansı xəstəliklərdən qoruyur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1667
Səs ver:
(səs: 1)
Qəhvə bəzi ciddi xəstəliklərin inkişafı riskini xeyli azaldır. Belə qərara Harvard Universiteti alimləri gəliblər. Bir neçə il ərzində alimlər 130 min qəhvə sevən insana nəzarət etdikdən sonra aşkar ediblər ki, qəhvənin müntəzəm istehlakı orqanizmi bu xəstəlik və pozulmalardan qoruyur:

1. Neyrodegenerativ xəstəliklər: Alsgeymer və Parkinson xəstəliyi
Bu xəstəliklər məhz beyinin qocalması ilə bağlıdır. Araşdırmalar göstərib ki, qəhvə beyinin qocalmasını ləngidir.

2. Qaraciyər sirrozu və digər qaraciyər xəstəlikləri
Alimlər çox təəccüblü fakt aşkar ediblər. Tez-tez qəhvə içən əyyaşlarda qaraciyər sirrozuna daha az hallarda təsadüf edilir. Aşkar olunub ki, qəhvə güclü hepaprotektor (qaraciyər hüceyrələrini qoruyan) xüsusiyyətlərinə malikdir və qaraciyər hüceyrələrini spirtli içkilərin və s. ziyanlı maddələrin təsirinə daha davamlı edir. Lakin alimlər spirtli içkiləri qəhvə ilə birlikdə içməyi tövsiyə etmir ki, qəhvənin tərkibində olan kofein spirtli içkinin orqanizmə olan təsirini daha da artırır. Həmçinin qaraciyərin ciddi xəstəlikləri zamanı qəhvənin istehlakı əks-göstəriş sayılır.

3. Qulaqcıqların fibrilyasiyasında (səyrici aritmiya)
Elmi araşdırmaların məlumatlarına əsasən bu yayılmış ürək xəstəliyi qəhvə sevən insanlar arasında daha az təsadüf edilir. Lakin bu xəstəlik sizdə artıq inkişaf edibsə, qəhvə içmək olmaz.

4. Şəkərli diabet
Qəhvə mədəaltı vəzinin qlükozaya olan həssaslığını artırır. Bu səbəbdən mədəaltı vəz qanda şəkərin dəyişilməsinə daha davamlı olur və bu da diabetin inkişafı riskini azaldır.

5. Orqanizmin qocalması
Qəhvə qocalmanın ən yaxşı profilaktik vasitələrindən biri sayılır.
Alimlər gündə 6 fincana qədər təbii qəhvə içməyi tövsiyə edir. Hər insan öz qəhvə «doza»sını təyin etməlidir. Əgər növbəti fincandan 20 dəqiq sonra (qəhvə bu müddətdən sonra təsir etməyə başlayır) nəbziniz və təzyiqiniz hiss olunacaq dərəcədə artıbsa, deməli, bu fincan artıq idi və qəhvənin istehlakını bir qədər azaltmaq lazımdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1667
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 11015
Xəbər sayı: 2333
Qeydiyyat: 21.01.2016
Barbaris
Bezen istifade ederem elede sevmerem tundleri hec sevmirem
7 iyul 2017 21:52
5
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Şərh sayı: 80411
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
qehveni normada qebul edirem. cox faydalidir
7 iyul 2017 13:48
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 12222
Xəbər sayı: 0
Qeydiyyat: 21.05.2013
tatyana
Ziyanıda var xeyride var,normasında icdikde,naturalni kofe hec bir ziyanı yox,men birgün kofe icmesem sanki ac qalmiş uşaq kimi oluram
7 iyul 2017 11:55
3
("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm")
Şərh sayı: 1551
Xəbər sayı: 13
Qeydiyyat: 4.02.2017
_ŞN_
Cox sevirem qehveni iciremde hamileliye gore azaltmiwam biraz faydalari olsada zererleride var herweyin coxu ziyandi
7 iyul 2017 09:23
2
Şərh sayı: 1954
Xəbər sayı: 0
Qeydiyyat: 10.01.2017
deniz yildizi:)
Qefenin xeyirli oldiqnu bilirdim ama ney xeyiri olduqnu bilmirdim onuda oyrendim twkler
7 iyul 2017 01:47
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri