Balıq alarkən aldanmayın

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 788
Səs ver:
(səs: 1)
Balığın orqanizm üçün nə qədər faydalı olduğunu hamımız bilirik – poli-doymamış yağ turşuları omeqa-3 (bildiyimiz balıq yağı) və bir sıra bəsləyici maddələr mövcuddur ki, onların balıq və dəniz məhsullarını qəbul etmədən orqanizmə daxil olması çox çətindir. Bundan əlavə, balıq yeməklərini əlavə etməklə rasionunuzu zənginləşdirirsiniz. Həftədə 2 – 3 dəfə balıq yemək yaxşı olar. Balığı düzgün bişirmək vacibdir, lakin bundan əvvəl balıq seçimində yanılmamaq lazımdır, çünki yaxşı bilirik ki, satıcılar hər zaman vicdanlı olmur və məhsulunu satmaq üçün müxtəlif üsullara əl atırlar, hətta köhnə məhsulu təzə kimi təqdim etməyi məharətlə bacarırlar. Bu cür vəziyyətə düşməyəsiniz deyə sizə yardım olacaq bəzi məsləhətlərlə paylaşırıq.

Diri balıq alın
Təzə balıq almağın ən doğru üsulu – diri balıq almaqdır. Bəzi iri mağazalarda diri balıqlar akvariumlarda saxlanılır, yenicə gətirilən balıq isə hələ həyat əlamətlərini büruzə verir. Diri balıq tapmaq mümkün deyilsə növbəti məsləhətləri nəzərə alın.

Qəlsəmələri yoxlayın
Balığın təzə olmasının müəyyən edilməsində qəlsəmələr ən vacib “alətdir”. Təzə balığın qəlsəmələri al-qırmızı olmalıdırlar, hərçənd bəzi növlərdə tünd qırmızı da ola bilərlər. Xoşagəlməz qoxu, bozarmış və ya qaralmış qəlsəmələr balığı almamağınıza birbaşa işarədir. Bu cür balıqdan uzaq durun.

İyləyin
Balıq alarkən qulaqlarınızdan çox burnunuza etibar edin – satıcı hər bir vəclə sizi inandırmağa çalışacaq ki, balıq yüz faiz təzədir, lakin iybilmə qabiliyyətini aldatmaq mümkün deyil. Paradoks kimi səslənsə də, amma təzə balıq heç də balıq iylənmir. Ondan təravətli, azca dəniz iyi gəlir. Xoşagəlməz, kəskin qoxu balıq almaqdan imtina etməyə səbəbdir.

Gözlərinə baxın
Təzə balığın gözləri aydın və şəffaf olmalıdır. Gözləri tutqun və bulanıqdırsa, və ya quruyub və çuxura düşübsə, əmin ola bilərsiniz ki, balıq artıq uzun müddət mağazada qalıb.

Pulun vəziyyətinə fikir verin
Balığın parlaq təmiz pulu təzəlik əlamətidir. Söhbət dəniz balığından gedirsə, pulun üzərində selik olmamalıdır, lakin şirin suda yaşayan balıqlar üçün bu məqbul göstərici deyil, məsələn, tinqa balığı qalın qat seliklə örtülü olur.

Ətin elastikliyini yoxlayın
Balığın üzərinə bir qədər basın – batıq yeri qalsa, deməli, balıq təzə deyil. Yenicə tutulmuş balığın əti bərk, elastik olur və üzərinə basdıqda forması tez bərpa olur.

Balıq filesi seçirik
Balıq filesinin təzəliyini təyin etmək daha çətindir, buna görə də bəzi mənfəətdar satıcılar file üçün heç də təzə olmayan balıqlardan istifadə edirlər. Çıxış yolu isə - balığı bütöv alıb fileni özünüz hazırlayın, bu həm əlverişlidir, həm də çətin deyil. Əgər yenə də file almaq istəyirsinizsə, qoxu, ətin elastikliyi, pulun xarici görkəmi kimi əlamətlərə fikir verin. Diqqətli olun Çox vaxt satıcılar müxtəlif hiylələrə əl atırlar, məsələn, balığı başsız satırlar ki, təzəliyini təyin etmək çətin olsun, və ya donu açılmış balığı soyudulmuş kimi təqdim edirlər. Hətta etibar etdiyiniz yerdən balıq aldıqda belə diqqətli olun.

Ət və sümüklər
Balığı artıq alıb evə gətirmisiniz və təmizləməyə başlayırsınız – yadda saxlayın: sümüklər ətdən öz-özünə ayrılırlarsa, deməli, siz balıq seçimində aldanmısınız.

Restoranda
Restoranda balıq sifariş etməklə məyus ola bilərsiniz. Restoranda buzun içində balıq olan vitrin varsa və ofisiant balıq və dəniz məhsullarının təzəliyi barəsində peşəkar səviyyədə məlumat verirsə, bu əladır. Suşi sifariş etmək isə öz seçiminizdir, əksər hallarda suşi-barlara balıqlar dondurulmuş halda çatdırılırlar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri