Payızda orqanizmin vitaminlərə daha çox ehtiyacı var

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 2 030
Səs ver:
(səs: 1)
Artıq payız fəslinin gəlişi özünü göstərməkdədir. Payız elə bir fəsildir ki, orqanizm bu dövrdə özünü qışa hazırlayır.

Yəni payızda insan öz qida rasionuna xüsusi diqqət yetirməlidir ki, soyuq qış aylarında xəstəlik ehtimallarından uzaq olsun. Təbii ki, ilk növbədə orqanizmin immun sistemi gücləndirilməli, iqlim dəyişikliyi ilə bağlı daha çox təzyiqə məruz qalan dəri, dırnaqlar və saçların qorunması üçün qabaqlayıcı profilaktik tədbirlər görülməlidir. Bütün bunları həyata keçirmək üçün isə ilk növbədə orqanizmin vitaminlərə tələbatını ödəmək lazımdır. Payız fəslində xüsusilə B6, B12, C və D vitaminləri orqanizm üçün vacibdir.

B6 vitamini saçları möhkəmləndirir, dərinin normal vəziyyətdə qalmasını təmin edir, iqlim dəyişikliyi ilə bağlı yarana biləcək psixoloji və sinir problemlərinin qarşısımı alaraq bütövlükdə sinir sisteminin fəaliyyətini nizama salır. B6 amin turşularının, karbohidratların və piylərin mübadiləsində iştirak edir, ürək əzələsinin fəaliyyətini gücləndirir. Yumurta sarısı, toyuq əti, banan, sarmısaq, fındıq, buğda, paxla B6 vitamini ilə zəngindir.

B12 vitamini ürək və damarlar üçün vacibdir. O, orqanizmin immun sistemini gücləndirir, xəstəliklərə qarşı müqavimətini artırır, dərini dəyişən havanın təsirindən yarana biləcək problemlərdən qoruyur. Süd, yumurta sarısı, pendir, balıq, mal əti, xüsusən qaraciyər B12 vitamini ilə zəngindir.

C vitamini sağlamlıq üçün ən vacib vitaminlərdəndir. O, xəstəliklərə qarşı mübarizədə orqanizm üçün əsas yardımçı vasitədir. Həmçinin C vitamini pozitiv əhval yaradır, insanı “dəyişən hava” depressiyasından qoruyur. İtburnu, kələm, yaşıl soğan, yaşıl noxud, portağal, limon, mandarin, alma C vitamini ilə zəngindir.

D vitamini orqanizmdə fosfor-kalsium mübadiləsini nizama salır, sümüklərin möhkəmlənməsinə kömək edir, depressiyadan qoruyur. D vitamini balıq yağında, qaraciyərdə, yumurtada, süddə, kərə yağında daha çox olur. Həmçinin günəş şüaları da orqanizmi D vitamini ilə təmin edir.

Yuxarıdakıları nəzərə alıb orqanizminizi payız fəslində vitaminlərlə təmin edin ki, soyuq qış aylarında gümrah və sağlam olasınız.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 030
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri