Sağlam qidalanma

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 2 491
Səs ver:
(səs: 1)
Hər kəs sağlam və gənc qalmaq istər. Həyat boyu sağlamlığın isə ən fundamental dayağı sağlam qidalanmaqdır. Sağlam qidalanma beşikdən məzara qədər insanın həyatına təsir edər. Sağlam qidalanmanin mənası kafi və balanslı qidalanmaqdır. Kafi qidalanma, adamın ehtiyac duyduğu qida elementləri və enerjini təmin edəcək miqdarda qida qəbul etmə mənasını verər. Balanslı qidalanma isə enerji və qida elementləri ehtiyacının dəyişik qaynaqlardan təmin edilməsidir. Bir adam ola bilər kafi qidalanır, əgər fərqli qidalar qəbul etmirsə, yəni tək növ qidalanırsa, qidalanma baxımından risk altındadır.

Sağlam qidalanma-qidalanma qanunlarına tam və daim əməl etmək deməkdir. Yayılmış fikirlərin əksinə, sağlam qidalanma bahalı ya da ləzzətsiz deyil. Hər kəsin sağlam qidalanma haqqı və şansı vardır.

Həyatdan həzz alaraq , xəstə olmadan uzun illər yaşamaq və həmişə rahat və enerjili olmanın ən kəsə yolu olan sağlam qidalanma həyat boyu davam etdirilməlidir.

Kafi və balanslı qidalanın… Qida ehtiyaclarınızı tam olaraq və fərqli qaynaqlar istifadə edərək təşkil edin. Fərqli qida qaynaqları qəbul etməmək tək növ qidalanmaya səbəb olar və bədən öz tarazlığını davam etdirməkdə çətinlikıə qarşılaşar. Qeyri-kafi qidalanma isə, vitamin və mineral qeyri-kafiliyinə gətirib çıxarar.

Sadə şəkər qəbulını azaldın… Sadə şəkərlər boş enerji qaynaqlarıdır. Bədənimiz üçün lazımlı olan vitamin və minerallardan olduqca kasıbdırlar. Həddindən artıq qəbulı, köklüyə və şəkər, ürək, təzyiq kimi xroniki xəstəliklərə tutulma riskini artırar. Ağ şəkər qəbulınızı minimum səviyyəyə endirməlisiniz.

Doymuş yağ qəbulınızı azaldın… Qatı yağlar doymuş yağ turşuları ilə zəngindirlər. Doymuş yağ turşuları ilə zəngin bir qidalanma ürək xəstəliklərini səbəb olar. Bu səbəblə mümkün olduqca az doymuş yağ qəbul etməyə diqqət edin və quyruq yağı, iç yağı kimi yağlardan uzaq durun.

Keyfiyyətli yağ qəbulunu təmin edin… Qidalarda fərqli növ yağlar vardır və bunların sağlamlığa olan təsirləri bir-birindən fərqlidir. Salatlarımızda zeytun yağı və ya digər bitki yağlarından istifadə etmək, yeməklərimizi günəbaxan və ya zeytun yağı ilə bişirmək və həftədə 2-3 dəfə balıq qəbul etmək qidalanma proqramımızda yağların keyfiyyətli olmasını təmin edər.

Gündə ən az beş boşqab çiy tərəvəz və meyvə qəbul edilməlidir… Bədənimizin ehtiyac duyduğu vitaminlərlə və mikroelementlərlə təmin edilməsi üçün nizamlı tərəvəz və meyvə qəbulı çox əhəmiyyətlidir. Hər pay çiy salat və tərəvəz yeməklərinə yer vermək və ara paylarda təzə meyvə şirələrini və meyvələri seçmək sağlam qidalanmanin bir parçasıdır.

Mövsümündə olan tərəvəz və meyvələr seçilməlidir… Təzə tərəvəz və meyvə qəbulı qədər əhəmiyyətli olan bir başqa mövzu da tərəvəz və meyvələrin mövsümündə olanlarının seçilməsidir. Mövsümünə uyğun qidalanmaq, mövsümü xəstəliklərdən qorunmanın ən fundamental yoludur.

Gündə 2 stəkan qatıq qəbul edilməlidir… Güclü sümüklər üçün kalsium lazımlıdır. Kalsiumun ən yaxşı qaynağı isə süd məhsullarıdır. Gündə 2 su stəkanı süd və ya qatıq qəbul etmək sümük əriməsi (osteoporoz) riskini azaldar və bədənimizin daha balanslı işini təmin edər.

Heyvanı zülal əhəmiyyətlidir… Əzələlərimizin istehsalında, böyümə və inkişafda əhəmiyyətli rol sahibi olan zülallarla zəngin qaynaqlar; ət, süd və məhsulları, yumurta, yağlı ləpələr və taxıl məhsullarıdır. Lakin heyvanı zülallar bitki mənşəli qaynaqlılara görə bədəndə daha təsirli istifadə edilməkdədir. Ayrıca heyvanı zülal qaynaqları dəmir mineralının ən yaxşı mənbəyidir. Bu səbəblə həftədə 2 dəfə qırmızı ət, 2 dəfə toyuq və ya hind toyuğu 2-3 dəfə də balıq qəbul etmək lazımdır.

Bitki mənşəli zülallarla heyvanı zülallar yoldaşdır… Sağlam bir qidalanma proqramında gündəlik zülal ehtiyacının yarısı heyvanı zülallardan, digər yarısı isə bitki mənşəli zülallardan təmin edilməlidir.

Tam taxıl məhsulları seçilməlidir… Rafina taxıl məhsulları keçirdikləri əməliyyatlar nəticəsində tərkibindəki vitamin və mikroelementləri, lifləri itirər. Bu səbəblə B vitaminləri və tərkibində liflər(selluloza) olan tam taxıl məhsulları seçilməlidir.

Düyü plovu az, yarma plovu çox… Yarma düyüyə görə B qrupu vitaminlərdən və liflərlə(selluloza) daha zəngin bir qaynaqdır. Ayrıca aşağı glikemik indeksi ilə daha uzun müddət toxluq və qan şəkərinin nizamlanmasını yüksəldər. Bu səbəblə süfrələrimizə yarma plovu düyü plovuna görə daha çox qonaq olmalıdır.

Spirtli içgi qəbulını məhdudlaşdırın… Əgər spirtli içgi qəbul edirsinizsə gündə 1-2 alkaqol vahidindən çox qəbul etməməyə çalışın. Həddindən artıq miqdarda spirtli içgi köklüyə gətirib çıxarar, vitamin və mineral balansının pozulmasına səbəb olar, ürək sağlamlığını təhdid edər və qaraciyəri yorar.

Su üçün… Bədənimizin düz çalışa bilməsi və hərəkətimizin çətinləşməməsi üçün suya ehtiyacımız vardır. Gündə 8-12 stəkan su qəbul etmək su ehtiyacınızı təmin edər. İsti havalarda isə daha çox su qəbul edilməlidir.

Bişirmə üsullarınızı doğru seçin… Sağlamlıq üçün ən uyğun bişirmə üsulları qızartma, sobada və suda qaynatmaqla bişirmədir. Qızartma və qovurmalar isə sağlamlığımıza mənfi təsirlər edər. Qızartma nəticəsində yaranan sərbəst radikallar, xərçəngə tutulma riskini artıra bilər.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri