Hər gün 2-3 diş sarımsaq yeyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 298
Səs ver:
(səs: 1)
Ən faydalı tərəvəzlərdən biri olan sarımsaq qədimdə "qara qüvvələri" qovan vasitə kimi istifadə olunurdu.

Sarımsağı evlərdə, xüsusilə körpə uşaqların beşiklərinin üzərində asırdılar ki, göz-nəzərdən və cin-şeytandan qorunsunlar.

Sarımsaq həqiqətən möcüzəli tərəvəzdir. Güclü mikrob, virus və göbələk əleyhinə təsirinə görə bu tərəvəzi əsl təbii dərman hesab etmək olar. Belə ki, eksperimentlər göstərib ki, sarımsaq 1 saat ərzində stafilokokkun 93%-ni öldürmək xüsusiyyətinə malikdir.

1. Sarımsaq qanda pis xolesterolun səviyyəsini aşağı salır ki, bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

2. Sarımsaq həzm proseslərinə müsbət təsir edir, bağırsaqlarda ziyanlı mikrobları öldürür. Lakin onu da nəzərə almaq lazımdır ki, qastrit və xora xəstəliyi, öd daşı xəstəliyi zamanı sarımsaq yeməyi tövsiyə edilmir.

3. Sarımsaq qaraciyər üçün faydalıdır. Hal hazırda farmasevrik sənaye qaraciyər üçün tərkibində sarımsaq ekstraktı olan preparatlar buraxır.

4. Sarımsağın tərkibində olan bioloji aktiv maddələr kişilərdə potensiyanı yaxşılaşdırır.

5. Yuxarıda qeyd etdiyimiz kimi sarımsaq güclü mikrob və virus əleyhinə vasitədir.

Mütəxəssislər profilaktik məqsədlərlə hər gün 2-3 diş çiy sarımsaq yeməyi tövsiyə edirlər. Yedikdən əvvəl sarımsağı xırda doğramaq və ya əzmək lazımdır ki, bu tərəvəzi daha faydalı edir. Marinada qoyulmuş və ya bişirilmə zamanı xörəklərə əlavə olunmuş sarımsaq öz faydalı xüsusiyyətlərini itirir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri