Tez-tez edilən qidalanma səhvləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 462
Səs ver:
(səs: 1)
Daim pəhrizdəyəm ancaq kilo vermirəm deyirsinizsə, ya da pəhriz edib, kilo verib yenidən alırsınızsa, o halda bu yazını diqqətlə oxumalısınız. Çünki qidalanma məsələsində "düzgün hesab etdiyiniz şeylər" səhv və ya "əskik ola bilər.

Pəhriz məhsulları istehlak etmək
Pəhriz biskviti, qatıq, süd kimi məhsullar yağı azaldılmış məhsullar olsa da yenə də kalori ehtiva edir. Kalorisiz olduğunu düşünərək sərf etməyiniz lazım olandan artığını yeməyin. Yağı az yazırsa şəkəri daha çoxdur.

Nar turşsu
Nar turşsu əslində nar mürəbbəsidir. Sağlam olduğunu düşünərək salata çox əlavə etməyin. Düşünün, salatın üstünə əslində bol şəkərli bir çiyələk mürəbbəsi tökürsünüz. Sizcə, kilo verməyə köməkçi olar?

Axşamlar yalnız şorba içmək
Şorbalar kalorisi ən aşağı pay olarkən həm çox faydalı, həm də toxluq müddətini uzadaraq, maye qəbuluna töhfə verir. Ancaq tək başına birdəfəlik yemək olaraq əsla yetərli olmur.

Qəhvə
Qəhvənin kalorisi sıfır amma içinə əlavə süd, krem, kakao kimi şeylərlə kalori miqdarı getdikcə artır. Siz kalorisi sıfırdır deyə fındıq ətirli qeyri-adi shot bir cappuccino içdikdə 400 kalori alırsınız. Üstəlik, bu kalorinin şəkər və yağdan gəldiyini də unutmayın.

Bütün gün aç qalmaq
"Az yeyərək kilo vermək keçirilən ən böyük qidalanma səhvlərdən biri. Doğru olan isə; "Kafi və balanslı qidalanmaqdır. Kafi və balanslı qidalanmaq də, adamın metabolizmə görə bütün qida qruplarından müəyyən paylarda sərf etməsidir.

Çörəyi kəsərək kilo vermək
Təkcə çörək yeməyərək kilo verməyə çalışan bir çox insan var. Çörək yemədiyi zaman iki kotlet daha yeyə bilər və ya iki saat sonra yenidən acar. Bu səbəblə yeməklərin yanında 1-2 dilim tam taxıllı çörək sərf etməyinizə fayda var. Beləliklə, toxluq müddəti uzanacaq və yanında pay nəzarəti aparmağınız da asanlaşacaq.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 462
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri