Hansı saatda nə içilməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 728
Səs ver:
(səs: 0)
 
Sağlam bir qidalanmada yağlar müəyyən saatlara görə ərimə saatları vardır, maye alışının da doğru saatları vardır. Bədəninizin ehtiyaclarına lazım olduğu kimi cavab verə bilmək üçün hansı saatda nə içdiyinizi bilməniz lazımdır!

Niyə susadığımızla heç maraqlandınız? Orqanizm, su ehtiyatı azalmaya başlayınca beynə siqnal verir. Beləcə susuruq. Su, orqanizmin funksiyasını davam etdirə bilməsi üçün təməl ehtiyaclarından biridir. Vücumuzun yüzdə 60dan çoxu sudur.Tərləmə, böyrəklər, gərəksə nəfəs alib verməklə bədəndən su atılır. Yerinə yeni su gəldikdə zamanla susuz qalan orqanizmdə axsaqlıqlar meydana gələ bilir. Başlıca içkimiz sudur. Amma sağlamlığımız üçün digər içkilərə də gün içində yer verməliyik. Çünki orqanizmin sudan başqa mayelərə də ehtiyacı vardır. Ancaq hər içkinin bir saatı vardır. Doğru zamanda doğru içkisi seçmək əhəmiyyətli!
Saat 08: 00
Oyanınca, otaq istiliyində gözlədilmiş bir stəkan su içməlisiniz. Çünki orqanizm gecə boyunca tullantı maddə çıxarır. Bu maddələrin bədəndən atılımını asanlaşdırmaq və bədənin istilik mexanizmini gün boyunca normada saxlamaq üçün səhərin erkən saatlarında maye almaq çox faydalıdır. İçdiyiniz su, böyrək və bağırsaqların funksiyasını artıraraq bədəni tullantılardan təmizləyir.
Saat 08: 30
Naharda bir fincan qəhvə içməlisiniz. Qəhvədə, sinir sistemini oyandıran maddələr var. Bunlar ani enerji verir, zehini açır və konsentrasiyasını artırır. Bir də maddələr mübadiləsini sürətləndirir. Məsələn: tund bir qəhvə hazırlayın. Bir çay qaşığı toz şəkər atıb soyumağa buraxın. Bir neçə təzə nanə yarpağı, Bir diş qərənfil və bir neçə parça buz əlavə edib. Soyuducunda 5 dəqiqə gözlətdikdən sınra için. Çox ləzzətli olacaq.
Saat 10: 30
Bir stəkan təzə meyvə şirəsi içməlisiniz. Düşməyə başlayan qan şəkərini normada saxlar. Yəni bədəni yenidən güclü etmiş olarsınız. Portağal, vişnə, ərik suyu, bananlı süd və ya çiyələkli süd içə bilərsiniz. Meyvə şirəsinə zülal və bol kalsium ehtiva edən qatıq və ya süd əlavə edə bilərsiniz.
Saat 12: 00
Mövsüm yaydırsa, günəşdən qoruyucu bir içki içməlisiniz. Həm günorta yeməyinə tox başlar, həm tərləyərək itirdiyiniz mineralları təkrar ala, həm də günəşin zərərli təsirlərini özünüzdən uzaqlaşdırmış olarsınız. Məsələn, təzə pomidor suyunda bütün bu xüsusiyyətlər iştirak edir. Təbii pomidor suyunu digər tərəvəzlərlə zənginləşdirməniz də mümkündür. Məsələn: kök suyu əlavə etsəniz daha gözəl olar, dəri problemlərinizi də həllə qovuşdura bilərsiniz.
Saat 14: 00
Həzmi asanlaşdıran bir içki seçməlisiniz. Məsələn, bir fincan çay yaxşı olar. Çay həm həzmi asanlaşdırar, həm də ehtiva etdiyi tein maddəsi səbəbiylə ümumiyyətlə bu saatlarda başlayan yuxu halına mane olar. Çayı soyuq olaraq da içə bilərsiniz. Bunun üçün dörd paket çayı, iki fincan qaynar suda beş dəqiqə gözlədib çıxarın. İki çay qaşığı bal, bir fincan limon suyu və dörd-beş buz parçası əlavə edin. Qarışdırın və soyuducunda yarım saat gözlədib üçün.
Saat 17: 00
Qidalandırıcı bir meyvə şirəsi idealdır. Günorta yeməyini yüngül yediyinizdə başlayan yüngül yorğunluq əlamətini ortadan qaldırarsınız. Şəkər, vitamin və mineral ehtiva edən bir mövsüm meyvəsiylə hazırlanmış meyvə şirəsini seçin. Saftalı, ərik, vişnə, qarpız, qovun, ahududu kimi meyvələrlə hazırlanmış meyvə şirəsinə, zülal və kalsium məzmunlu bir qəhvə fincanı süd əlavə edin. Beləcə axşam yeməyinə tox olaraq başlaya bilərsiniz.

/Mənbə:Qadınlar.biz/

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 728
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri