Qəbizlikdən əziyyət çəkənlər hər axşam bu meyvədən yesinlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 474
Səs ver:
(səs: 0)
Qəbizlik bütün dünyada ən yayılmış mədə-bağırsaq problemlərindən biridir. Bir çox hallarda qəbizliyin səbəbi insanda olan hansısa xəstəlik deyil, düzgün olmayan formada qidalanmaq və maye qəbuludur. Bu səbəbdən, heç bir dərmandan istifadə etmədən, sadəcə pəhrizdə müəyyən dəyişikliklər etməklə qəbizlikdən qurtulmaq mümkündür.

İlk növbədə buna əks-göstərişlər yoxdursa gün ərzində orta hesabla 1,5 l adi təmiz su içmək lazımdır.

Bundan əlavə, qidalanmada çiy meyvə və tərəvəzlərin, yarmaların miqdarını artırın. Meyvə və tərəvəzlərin əksəriyyəti həzm olunmayan qidalı liflərlə zəngindir ki, bu liflər də bağırsaqları "işlədir", daha tez və asan boşalmasına kömək edir.

Bəzi meyvə və tərəvəzlərin qəbizlik zamanı istehlakı, xüsusilə arzu olunandır. Belə meyvələrdən biri kividir. Bu unikal meyvənin bir çox faydalı xüsusiyyətləri var:

— müxtəlif vitaminlərlə zəngindir,

— maddələr mübadiləsini yaxşılaşdırır,

— piylərin parçalanmasını sürətləndirərək arıqlamağa kömək edir,

— sinir sisteminə müsbət təsir edir,

— təzyiqi normallaşdırır,

— ürək və damarlar üçün faydalıdır,

— həzm proseslərini yaxşılaşdırır,

— şiş xəstəliklərindən qoruyur və s.

Bundan əlavə, kivi kalium və həzm olunmayan qidalı liflərlə zəngindir. Kalium bağırsaqların normal hərəkətliliyi üçün ən vacib maddələrdən biridir. Həzm olunmayan qidalı liflər bağırsaqlarda mayeni özünə hopdurur ki, bu da defekasiya aktını daha asan edir.

Qəbizliyi aradan qaldırmaq üçün axşam saatlarında 2 ədəd kivi yeyin. Bu, bağırsaqları səhər defekasiyasına hazırlayacaq.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri