Almanın möhtəşəm faydası aşkar olundu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 728
Səs ver:
(səs: 1)
Onurğa sütunu ilə problemləri olan insanlar mütləq alma yeməlidir.

Bu barədə Rusiyanın "Zdorovye" jurnalında məqalə dərc edilib. Almanın tərkibində olan bəzi spesifik maddələr sümük toxumasını möhkəm və sağlam edir, onurğanı degenerativ proseslərdən qoruyur, osteoporozun qarşısını alır.

Alimlər aşkar ediblər ki, almanın tərkibində olan antioksidantlar osteoklast hüceyrələrin mənfi təsirini azaldır. Osteoklast hüceyrələri sümük toxumasının dağılmasını sürətləndirir. Bu hüceyrələr çoxdursa sümük toxuması bərpa olunmağa çatdırmır ki, zəifləməyə başlayır.

Likopin, flavonoidlər və resveratrolla zəngin olan meyvə və tərəvəzlər də sümük toxumasını daha möhkəm edir. Bu məhsullar arasında pomidor, balqabaq, bibər, kök, üzüm, qırmızı şərab (gündə 1 bokaldan çox olmayaraq), sitrus meyvələri, qoz-fındıq və s. var.

Bundan əlavə kalsiumla zəngin olan süd məhsulları da sümüklər üçün faydalıdır.

Osteoporoz xəstəliyi zamanı sümüklərin mineral sıxlığı azalır ki, bu da sümük və onurğa sütunu xəstəliklərinə, müxtəlif travmaların riskinin artmasına səbəb olur. Statistikaya görə, dünyada orta hesabla 50 yaşdan sonra hər ikinci qadın və hər beşinci kişi osteoporozdan əziyyət çəkir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 728
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri