Çuğundurun UNİKAL xüsusiyyətlər. Yeyin ki, sağlam olasınız!

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 047
Səs ver:
(səs: 0)
Çuğundur bişmiş halda da faydalı keyfiyyətlərini itirmir

Bəzi bölgələrdə zılx, pazı adı ilə tanınan çuğundurun ölkəmizdə dörd növü becərilir. Onun yarpaqları heyvandarlıqda qiymətli yem kimi istifadə olunur. Kökləri açıq ocağın üstündə bişirilərək yeyilir. Ağ rəngli kök yumrusu olan çuğundur isə şəkər istehsalında əsas xammal rolu oynayır. Bir çox ölkələrin kulinariyasında çuğundurun kökmeyvələri və yarpaqlarından borş, salat, desert, şoraba və marinadların hazırlanmasında istifadə edilir.

Bizim eradan əvvəl II- I minillikdə Aralıq dənizi sahillərində çuğunduru həm tərəvəz, həm də müalicəvi bitki kimi əkib-becərmişlər. İkiillik bitki olan çuğundurun mədəni və yabanı sortları var. Çuğundurun kökmeyvəsinin tərkibində olan maqnezium yüksək qan təzyiqini azaltmaq, şiş hüceyrələrinin inkişafının qarşısını almaq kimi mühüm funksiyaları yerinə yetirir. Maqneziumla yanaşı tərkibindəki yüksək miqdarda yod sayəsində ateroskleroz və qalxanvarı vəz xəstəliklərinin müalicə və profilaktikasında tətbiq edilir. Çuğundur təbii liflərlə zəngin olduğuna görə bağırsaqlarda yığılan ziyanlı maddələrdən təmizləyir. Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün münasibdir. Ona bir qədər də xardal və sirkə əlavə etmək daha faydalı təsir göstərir.

Çuğundur və onun yarpağının suyu bəlğəmgətirici xüsusiyyətə malikdir. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızıl yel xəstəliyi üçün, xam yarpağının təpitmə şəklində qoyulması tük tökülməsinə və oynaq ağrılarına qarşı faydalıdır.

Kök şirəsi ilə çuğundur şirəsini qatmaqla "sağlamlıq eliksiri" hazırlanır. Onun tərkibinə kərəviz, alma və xiyar şirəsi əlavə edilib qəbul olunması orqanizmin sağlamlıq vəziyyətini yüksəldir. Xalq təbabətində çuğundur şirəsini balla qarışdırıb vərəm və qanazlığında istifadə edirlər. Tərkibinin zənginliyinə baxmayaraq çuğundur azkalorili tərəvəzlərə aiddir. Həmin xüsusiyyətlərinə görə arıqlamaq üçün tətbiq edilən pəhrizlərdə geniş istifadə edilir.

Çuğundur yarpağının bişirilərək sarımsaqlı qatıqla yeyilməsi mədə-bağırsaq xəstəliklərinə, dalaq şişməsinə, ağrıların tənzimlənməsinə yaxşı təsir göstərir. Yarpağının təpitməsi çiban, sızanaq, yanıq, oynaq ağırları və revmatizm xəstəliyində müalicəvi təsirə malikdir. Həm unikal tərkibə malik olması, həm də tərkibindəki elementlərin kulinar işlənmə zamanı temperaturun təsirindən faydalı xüsusiyyətlərini itirməməsi çuğunduru əvəzedilməz tərəvəzə çevirir və bişmiş halda da öz müalicəvi keyfiyyətini itirmir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri