Güzgünü parladan xiyarın bilinməyən faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 882
Səs ver:
(səs: 2)
Xiyarın tərəvəz və kosmetik vasitə kimi istifadəsindən başqa digər işlərə də yaradığını bilirsinizmi?

Qadinla.com bəlkə də xiyar haqda ilk dəfə eşidəcəyiniz məlumatı verir:
1. Duş qəbul edərkən çox vaxt güzgünün üstünü buxar örtür. Əgər xiyar dilimi ilə güzgünü silsəniz, həm güzgü parlayar, həm də xoş qoxu yayılar.
2. Həşəratlar dibçək güllərinizi məhv edir? Elə isə bir alüminium qabın və ya bir alüminium folqanın üzərinə bir neçə dilim xiyar qoyun və dibçək güllərinin dibində saxlayın. Bu vaxt xiyarın tərkibindəki kimyəvi maddələr alüminiuma təsir edərək qoxu əmələ gətirəcək və bu qoxu həşəratların güldən uzaqlaşmasına səbəb olacaq.
3. Pəhriz saxlayanlar aclıq hisslərini aradan qaldırmaq üçün xiyar yeyə bilərlər.
4. Təzə kəsilmiş xiyarla ayaqqabını sildikdə, ayaqqabı həm parlaq olur, həm də su keçirmir.
5. Qapı-pəncərəniz cırıldayırsa, həmin yerə bir dilim xiyar sürtün, cırıltı kəsiləcək.
6. Yazı yazarkən etdiyiniz səhvi xiyar qabığı ilə silə bilərsiniz.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 882
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri