Dərini və qan dövranını yaxşılaşdıran, ağrını yüngülləşdirən cövüzün faydaları

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 121
Səs ver:
(səs: 0)
Yuxusuzluğa bir sıra fiziki və psixi amillər səbəb ola bilər, məsələn, bəzi dərmanlar, zərərli vərdişlər yuxu və s.

Qadınla.com xəbər verir ki, cövüz yuxusuzluğa qarşı ən effektli təbii vasitədir.

Yuxusuzluğun tibbi səbəbləri:

Artrit
Xroniki ağrı

Burun sinusları ilə bağlı problemlər

Allergiya
Mədə-bağırsaq problemləri, reflüks

Astma
Hipertireoz və endokrin problemlər

Bel ağrısı
Psixi və nevroloji problemlər

Yuxusuzluq yaradan müəyyən dərman preparatları da mövcuddur: Hamiləliyin qarşısını alan həblər, ürək, hipertoniya, triod problemlərinə, astma, depressiyaya qarşı dərman vasitələri. Ayaqlarda narahatçılıq sindromu da yuxusuzluq yaradır, xəstənin ayaqları qeyri-ixtiyarı hərəkət edir və yuxunu pozur. Narahat ayaq sindromu dünya əhalisinin təxminən 10% -inə təsir edir.

Yuxu apnesi - yuxuda nəfəs kəsilməsi olaraq bilinir, uzun müddətli və ciddi sağlamlıq problemlərinə səbəb olur. O, tənəffüs yollarında (tam və ya qismən) problemlər doğurur və yuxunu pozur.

Əgər sizdə bu cür problemlər varsa, həkimlə məsləhətləşmək gərəkdir. Siz yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün gündəlik vərdişləriniz də dəyişməlisniz.

Televizor qarşısında vaxt keçirməyi və sair elektron cihazların istifadəsini məhdudlaşdırın. Yuxusuzluğun səbəblərini üzə çıxarmaq və onları aradan qaldırmaq üçün həkimlə danışın.

Xroniki yuxusuzluq hipertoniya və depressiyaya səbəb ola, habelə ümumi sağlamlığa zərər gətirə bilər.

Yuxusuzluğun daha çox yayılmış simptonlarının siyahısı aşağıdakılardır:
Yaddaş problemləri

Həyəcan

Gərginlik

Əhval-ruhiyyənin tez-tez dəyişməsi

Yorğunluq

Əsəbilik

Enerji çatışmazlığı

Yuxusuzluqdan əziyyət çəkən insanlar adətən yuxu dərmanları içirlər, amma bu həblərin kənar effektləri var:

İştahanın dəyişməsi

Baş ağrısı

Əl və ayaqlarda arabir sancma

Ağızda quruluq

Başgicəllənmə

Mədəm qıcqırması

Qəbizlik

Zəiflik

İshal

Tarazlıq problemi

Mədə ağrısı

Bədəndə titrəyiş

Gündüzlər halsızlıq

Diqqət və yaddaş problemləri

Yuxusuzluqla mübarizə məqsədilə muskat

Cövüzün faydaları
Həb əvəzinə təbii vasitələrdən istifadə etmək daha yaxşıdır. Araşdırmalar göstərib ki, muskat (cövüz) yuxusuzluq ilə mübarizə aparmağa kömək edir. Muskat həmçinin qan dövranını yaxşılaşdırır, ağrını yüngülləşdirir, dərinin vəziyyətini yaxşılaşdırır və immuniteti artırır. O, öz rahatlaşdırıcı və sakitləşdirici effekti də tanınır.

Ekspertlər məsləhət görür ki, cövüz bütöv halda istifadə edilsin. Onu toz halında almayın, çünki onda həmin effekti verməyəcək. Bir stəkan isti suyun içinə dördə bir çay qaşığı qədər cövüz ovub tökün. Yatmazdan 3-4 saat əvvəl için.

Cövüzü az miqdarda istifadə etmək lazımdır, çünki o zəhərli ola bilər. O, qarabasma yarada bilər, əgər siz hansısa qəribə kənar reaksiyalar hiss etsəniz, dərhal həkimə müraciət edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 121
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri