Qaraciyəri xəstəliklərdən və piylənmədən qoruyan ədviyyat

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 317
Səs ver:
(səs: 0)
Cövüz bütün dünyada ədviyyat kimi istifadə olunur.
Cözüz ət yeməklərinə, tərəvəzlərə, müxtəlif souslara, şirniyyat və içkilərə əlavə olunur.
Qadınla.com xəbər verir ki, Şərq təbabətində cövüz mədə-bağırsaq sistemi xəstəlikləri və artritin müalicəsində çox geniş istifadə olunur.Çinin Nançanq Universitetinin (Nanchang University) alimləri cövüzün orqanizmə olan faydalı təsirini araşdırıb belə nəticəyə gəliblər ki, cövüz qaraciyərdə iltihabı azaldır və bununla da qaraciyəri xəstəliklərdən qoruyur. Həmçinin cövüz qaraciyərin piylənməsinin qarşısını alır.
Mütəxəssislərin fikrinə görə, bunun səbəbi cövüzün tərkibində olan "liqnan" maddələridir. Bu maddələrin güclü antioksidant xüsusiyyətləri var.
Alimlər qaraciyəri sağlam saxlamaq istəyən insanlara cövüzü qidalara əlavə etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, çoxlu miqdarda istifadə olunduqda digər ədviyyatlar kimi cövüz də orqanizmə toksiki təsir edir. Bu səbəbdən cövüzü müntəzəm olaraq, lakin az miqdarda (0,1 qr-dan çox olmayaraq) yeməklər və şirniyyatlara əlavə etmək lazımdır.
Cövüzü toz şəklində deyil, "qoz" şəklində alın və yeməklərə əlavə etdikdən əvvəl sürtgəcdən keçirin. Ədviyyatı yeməklərə hazır olana yaxın əlavə edin. Şirniyyatlar bişirəndə cövüzü xəmirə əlavə etmək lazımdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 317
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri