Böyrütkənin faydaları

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 166
Paylaş:
Səs ver:
(səs: 0)
Böyrütkən çoxillik böyrütkən kolunun meyvəsidir. O qızılgülkimilər fəsiləsinə aiddir və yabanı halda yetişir. Böyrütkənə əsasən yol kənarlarında, meşəlik ərazilərdə, çaylara yaxın sahələrdə rast gəlinir. Böyrütkən təbiətin yetişdirdiyi ən dadlı giləmeyvələrdəndir.

Qadınla. com bildirir ki, böyrütkən yayın ilk ayında çiçəkləyir və yay fəsli bitənə qədər çiçək açmaqda davam edir. Onun meyvələri avqust və sentyabr aylarında toplanır. Böyrütkən məhsuldar giləmeyvədir və onun çiçəkləri bal vermək qabiliyyətinə malikdir. Arıçılar onun bu xüsusiyyətindən daima istifadə edirlər.
100 qram böyrütkənin qida dəyəri:
- Zülallar - 1,5 qr
- Yağlar - 0,5 qr
- Karbohidratlar - 4,4 qr
- Su - 88 qr
- Kalori - 31 kKal

Böyrütkənin tərkibi faydalı və müalicəvi maddələrlə zəngindir. Onun tərkibinddə saxaroza, qlükoza, fruktoza, limon, alma, üzüm, salisil və digər müxtəlif təbii turşularla, B, C, E, K, P, PP, A vitaminləri, kalium, marqanes, ətirli maddələr, pektin, liflər, makro və mikro elementlərlə zəngindir. Böyrütkənin tərkibində kalium, kalsium, maqnium, fosfor, dəmir, nikel,molibden, xrom, brom, vanadium, kolbat, titan və s. var. Böyrütkən yarpaqlarının 20%-ni tanin maddələri(lekoantosianidlər, flavonol), amin turşuları və mineral maddələr təşkil edir. Böyrütkən toxumunun tərkibini 12% yağlar təşkil edir.
Xalq təbabətində böyrütkən giləmeyvəsindən orqanizmi mökəmləndirmək məqsədilə istifadə edilir. Böyrütkəni istənilən qida vasitəsi kimi yemək orqanizm üçün çox faydalıdır. O ateresklerozu müalicə edir. Böyrütkən yarpaqları həzm sistemini tonuslandırır. Yarpaqlarının dəmləməsini ekzema və dərinin iltihabi xəstəlikləri zamanı istifadə etdikdə xəstəliyin əlamətləri aradan qalxır.
Yarpaqların spirtdə saxlanılması zamanı alınan dərman orqanizmdə yarasağaldıcı, iltibah əlamətlərini aradan qaldıran, sidikqovucu təsir göstərir.
Böyrütkən yemək qanın tərkibinin yaxşılaşmasına səbəb olur.
Böyrütkən yarpaqlarından dəmllənən çay ətirli olur və onun müalicəvi xüsusiyyəti böyükdür.
İshal, dizenteriya, qida zəhərlənmələri, mədə və bağırsaq yaraları zamanı dəmləmədən istifadə etmək çox faydalıdır. Bu zaman 1 xörək qaşığı quru böyrütkən yarpaqları 1 stəkan qaynar suda termosda 3 saat dəmlənərək içilir. Dəmləməni gündə 3-4 dəfə yasrım stəkan olmaqla yeməkdən 20 dəqiqə əvvəl içmək lazımdır.
Sopyuqlqama zamanı 20 qram qurudulmuş böyrütkən kökünü və ya yarpaqlarını 1-2 stəkan qaynar suda zəif odun üstündə 20 dəqiqə qaynatdıqdan sonra 3 saat dəmlənir. Gün ərzində 3-4 dəfə 2 xörək qaşığı olmaq şərti ilə içilir. Bu qarışımı mədə-bağırsaq qanaxmaları zamanı 2 saatdan bir qəbul eləmək lazımdır.
Stomatit zamanı 4 xörək qaşığı quru böyrütkən yarpaqlarını 2 stəkan qaynar suda yarım saat dəmləyib ağız boşluğunu yaxalamaq lazımdır.
Klimakterik nevrozlar zamanı təzə böyrütkən giləmeyvəsindən dəmlənmiş çay içməkdə fayda var.
Şəkərli diabet xəstələri böyrütkən giləmeyvəsindən və ya yarpaqlarından dəmlənmiş çayı içdikdə orqanizmdə xəstəliyin əmələ gətirdiyi patologiyaların miqdarı azalır. Bu zaman hər gün böyrütkən çayı içmək lazımdır.
Böyrütkən meyvəsindən və yarpaqlarından əldə edilən şirə traxeit, bronxit, faringit, angina, soyuqlama, qan azlığı, ginekoloji xəstəliklər, kolitlər, dizenteriya, ishal zamanı çox faydalıdır. Bu şirə orqanizmə sakitləşdirici təsir bağışlayır.
Böyrütkən yarpaqlarının şirəsi dəri yaralanmalarını, eqzemanı, torfik yaraları, dermatozları və müxtəlif dəri xəstəliklərini sağaldır.
Böyrütkənin zərərli xüsusiyyətləri
Mədə vaə nazik bağırsaq xəstəlikləri zamanı çoxlu miqdarda böyrütkən şirəsi içmək olmaz.
Mədə turşuluğunun çoxluğundan əziyyət çəkən xəstələr çoxlu miqdarda böyrütkən şirəsi qəbul etdikdə mədə sirəsinin miqdarı artır və xəstədə narahatçılıqlar meydana çıxır.
Böyrütkənin tərkibində olanlar bəzi hallarda ürəkbulanmaya, qusmaya, diareyaya, selikli qişalarda şişkinliklərə səbəb ola bilir. Bu əlamıətlərin meydana çıxdığı zamanlarda böyrütkən yeməyi saxlamaq lazımdır.

loading...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 166
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
fayali meyvdir
11 iyul 2018 22:42
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cema_Axodova
Maraqli oldu.bu qeder xeyirli oldugun bilmirdim
9 iyul 2018 13:59
3
Offline
Dilaycan
Faydalı xəbərdi cann tşk..
9 iyul 2018 10:35
2
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Online
BARBI
Boyurtken soyuqdeyme ve qripin dermanidir.Cox faydalidir
9 iyul 2018 09:27
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri