Moruq haqqında

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 269
Paylaş:
Səs ver:
(səs: 0)
Moruq yarpaqlarını hər il dəyişə bilən, çoxillik kol bitkisinin meyvəsidir. Moruq kolunun hündürlüyü yarım metrə qədər qalxa bilir və yan-yörəsindən çoxlu kök ataraq çoxalır. Moruq kolu kökləri vasitəsilə artıb çoxalır. O möhkəm kök sisteminə malikdir.Moruğun yarpaqları oval, tünd-yaşıl, yarpaqlarının arxa tərəfi ağımtıl, zərif tüklü olur. Moruğun çiçəkləri ağ, 1 santimetr ölçüdə olur. Moruq meyvəsi yarpaqlarının dibindən çıxan nazik saplağın uc hissəsində olan çiçəklər töküldükdən sonra formalaşmağa başlayır.
Qadınla.Com bildirir ki, onun kiçik və dadlı meyvələri olur. Moruğun meyvələri növlərindən asılı olaraq ağ, sarı və qara ola bilir. Moruğun vətəni Orta Avropa ölkələridir. O ən çox meşələrdə, kolların altında, çay kənarlarında, boş ərazilətdə bitir. Bostançılar öz həyətyanı sahələrində də bəzən özləri moruq kolunu əkərək yetişdirirlər. Moruğun tərkibində alma, sirkə, kapron, salisil, qarışqa, qlükoza, fruktoza, saxaroza, tanin maddələri, pektin, azot və boyalı birləşmələr, kalium, sianin xlorid, asetoin, benzaldehid, karotin, B qrup vitaminləri,C vitamini və efir yağları var. Moruq toxumu yağlar və fitosterinlə zəngindir.Təzə moruq meyvələri gözəl ətrə və dadamalik olur. Ondan mədə və bağırsaq xəstəlikləri zamanı çox istifadə edilir. O iltihab əleyhinə və ağrıkəsici təsirə malikdir. Moruq qızdırmasalıcı, qanaxmakəsici, antitoksik, iştahaçıcı təsirə malikdir. Moruğun tərkibi A, E, PP, C, B qrup vitaminləri ilə zəngindir. Xalq təbabətində moruqdan qripp, kəskin respirator virus xəstəlikləri, kəskin oynaq ağrıları, radikulitlər, soyuqlama və nevrotik xəstəliklər zamanı istifadə edilir. Adətən bu məqsədlə moruqdan dəmlənmiş çaydan istifadə olunur. Bununüçün 5-6 xörək qaşığı qurudulmuş və ya təzə moruğu 3 stəkan qaynar suda qaynadıb, isti halda içmək lazımdır. Bu dəmləmə orqanizmi tərlədərək xəstəlik əlamətlərinin aradan qalxmasına yardım edir. Moruq təzyiqin aşağı düşməsinə səbəb olur. Moruqdan xalq təbabətində prostat vəzin ölçüsünün kiçilməsi məqsədilə istifadə edilir. Bu məqsədlə moruq və zambağın qarışımından çay dəmləyib içmək lazımdır. Moruqla zambaq qarışımından hazırlanmış çay prostat vəzinin ölçüsünü kiçiltməklə yanaşı cinsi zəifliyi də aradan qaldırır. Koreya və Çin təbabətində moruq toxumlarından sonsuzluğun müalicəsi üçün istifadə edilir.Moruq toxumlarından cinsi zəifliyi aradan qaldırmaq məqsədilə xüsusi dərman hazırlanır. Bu dərman çilkalban adlanır. Dərmanı hazırlamaq üçün moruq toxumlarını araqda isladır, zəif odda qurudulur. Onu 1 xörək qaşığı olmaq şərti ilə səhər-axşam su ilə qəbul etdikdə cinsi zəifliyi aradan qaldırmaq mümkün olur.Sonsuzluğu aradan qaldırmaq üçün isə moruq toxumlarını bağayarpağı toxumu və çin limonu ilıə qatışdırıb yemək lazımdır.Şəkərli diabet zamanı moruq şirəsi, moruq çayi, moruq tozu və ya şəkərsiz moruq kompotu içmək məsləhət görülür. Moruq termiki işləmədən keçdikdə belə özmüalicəvi xüsusiyyətlərini qoruyub saxamaq qabiliyyətinə malikdir. Moruq bağırsaq və uşaqlıq divarının saya əzələlərini möhkəmləndirir. Onun yarpaqlarından hazırlanmış dəmləmə ishal və qanaxmalar zamanı çox faydalıdır. Dəmləmə ilə qarqara olunduqda boğaz və ağız boşluğundakı iltihabi proseslər azalır, ağrılar aradan qalxır. Moruğun tərkibində olan efir yağları bəzən insanlarda allergiyaya səbəb ola bilir. Qastritdən və mədə yarasından əziyyət çəkənlərə hazır şəkildə satılan moruq şirəsi və ya moruqdan hazırlanan başğa qida məhsulları yemək məsləhət görülmür. Podaqradan, sidik daşı xəstəliyindən və böyrək xəstəliklərindən şikayəti olanlara çoxlu miqdarda moruq yemək məsləhət görülmür. Şəkərli diabet, astma və burunda polip olan xəstələrə dəmoruq yemək tövsiyə edilmir.Hamiləlik zamanı çoxlu miqdarda moruq yemək uşaqda və anada allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb olduğu üçün onu yeyərkən diqqətli olmaq lazımdır.

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 269
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
moruq xeyirli meyvedir
11 iyul 2018 23:04
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
YalniZ-ArZu
Canlar ele bu hem moruqdu hem malina...rusca malina deyirler bizd urusiycan danishmagi cox seven millet oldugmuzdan malina deyirik. hetta o derecede ki oz dogma dilimizde moruq sozu bize qeribe gelir ele bilirik ferqli gilemeyvelerdirpff

faydasi ise saymaqla bitmez morugun...murəbbəsini cox severim mende.
tesekkurler kizim
10 iyul 2018 10:34
5
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
CANAN
Moruqun murebbesini yemisem dadli olur.sevirem.
Xeber ucun tsk
10 iyul 2018 10:08
4
canan qizim sirin seker qizim.
Offline
AYCA
bu malinadi faydasi gozeldi
10 iyul 2018 09:23
3
Offline
Lalə_Officail
Fon sekildekine moruq yox malina deyirik biz.En coxda malinanin murbebbesini ,kampotunu xoslayiram.Qara moruqda cox faydalidir yuksesk heraret zamani isdifade edirem men...Faydasi cox olur.Ordan burdan oxudum birazdan bu haqda daha genis melumat alacam .
Tesekkur meleyim
10 iyul 2018 07:59
2
Offline
BARBI
Moruq cox faydalidir.Yarpaqlari ve meyvesinin demlemesi soyuqlamanin dermanidir
10 iyul 2018 07:58
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri