Ərik çəyirdəyi yağının faydaları

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 138
Paylaş:
Səs ver:
(səs: 0)
Ərik çəyirdəyi barədə məlumatlara b.e.ə.3000 ildən qalma Çin əlyazmalarında rastgəlinib.
Bu da ərik çəyirdəyi yağının qədim tarixə malik olmasının göstəricisidir. Ərik çəyirdəyi yağı bütün dünyada məşhur olan yağlardandır. Onun faydalarından bizim eraya qədər avropalılar da istifadə edib. Ərik çəyirdəyi yağı əriyin çəyirdəyindən alınır. Sənaye yolu ilə ərik çəyirdəyi yağını alarkən alça və gavalı çəyirdəklərinin də qarışımından istifadə edilir.

Qadınla.Com bildirir ki, ərik çəyirdəyi yağı açıq sarı rəngdə, şəffaf və xüsusi qoxuya malik olur. Onun tərkibi isə badam və şaftalı çəyirdəyi yağına çox bənzəyir. Ərik çəyirdəyi yağı alarkən onun qablaşdırılmasının üstündə olan yazılara,yağın istehsal tarixinə diqqət yetirmək lazımdır. Ərik çəyirdəyi yağını şüşə qabda, ağzı qapalı şəkildə və gün şüalarından uzaq məsafədə saxlamaq lazımdır. Bu qayda ilə yağı 6-12 ay ərzində saxlamaq mümkündür. 100 qram ərik çəyirdəyi yağının tərkibində 100 qram yağ və 884 kKalori var.

Ərik çəyirdəyi yağının faydalı xüsusiyyətləri

Ərik çəyirdəyi yağının tərkibi doymamış yağ turşularından ibarətdir. Onun 60%-i olein, 30% isə linolen yağ turşusundan ibarətdir. Tərkibindəkilər ərik çəyirdəyi yağının antioksidant təsirə malik olduğunun göstəricisidir. Ərik çəyirdəyi yağı dərini daxildən və xaricdən toksiki maddələrdən qorumaq qabiliyyətinə malikdir.Onun tərkibi kalium və maqnium mineralları ilə zəngindir. O maddələr mübadiləsini yaxşılaşdırır. Yağın tərkibi yağ turşuları və vitaminlərlə çox zəngindir. Tərkibində olan A vitamini dərinin elastikləşməsinə, dərinin piy mübadiləsinin normallaşmasına, dərinin sakitləşməsinə və dəri səpgilərinin sağalmasına səbəb olur.

Ərik çəyirdəyi yağının tərkibində olan B qrup yağları dərinin rəngini yaxşılaşdırır, dərini xarici zərərlərdən qoruyur və C vitamini isə qidalandırır.Ərik çəyirdəyi yağının tərkibində aktiv şəkildə F vitamini var. Bu vitamin yağ və turşu mübadiləsini normallaşdırır, dəridəki quruluğu aradan qaldırır və dəri səpgilərini sağaldır. F vitamini saçların və baş dərisinin də sağlamlaşmasına səbəb olur, kəpəyi yox edir.
Ərik çəyirdəyi yağının faydalı xüsusiyyətləri.

Ərik çəyirdəyi yağından şişlərin və yaraların sağalması üçün istifadə edilir. Şərq təbibləri bu yağla babasili, qulaq ağrılarını müalicə edirlər. Bu yağ dəridə olan iltihabi proseslərin aradan qalxmasına səbəb olur. Dəridə olan çapıqların və yanıq izlərinin aradan qalxması üçün ərik çəyirdəyi yağından istifadə etməkdə fayda var. Oynaq ağrıları zamanı lavanda və ərik çəyirdəyiyağının qarışımını ağrıyan nahiyəyə sürtdükdə ağrılar aradan qalxır.

XVI əsrdə ərik çəyirdəyi yağı qızıl qiymətinə olub. Günəş şüaları səbəbindən meydana gələn ləkələri ərik çəyirdəyi yağı ilə limon yağı qarışımını sütrməklə aradan qaldırmaq mümkündür.

Kosmetologiyada istifadəsi

Ərik çəyirdəyin yağı dəriyə yumşaldıcı və qidalandlırıcı təsir göstərir. Bu yağ allergiya əmələ gətirmir, dəriyə toksiki təsir etmir. Onu asanlıqla digər yağlarla qarışdırıb dəriyə sürtmək mümkündür. Bu yağ dəridəki quruluğu aradan qaldırır, xırda qırışların açılmasına səbəbolur, həssaslığı azaldır. Ərik çəyirdəyi yağı dərinin qocalmasının qarşısını alır. Yağdan dərinin təmizlənməsi üçün də istifadə edilir. Onu üzə sürtüb 20 dəqiqə saxladıqdan sonra isti su ilə yuduqda dəritəravətlənir. Davamlı olaraq saçlara ərik çəyirdəyi yağı sürtmək saçları möhkəmləndirir, saç dərisində olan poroblemlərin aradan qalxmasına səbəb olur.
Buna nail omaq üçün saçları yumazdan əvvəl ona ərik çəyirdəyi yağı sürtmək və 20-30 dəqiqə saxlamaq lazımdır. Sürtən zaman isə onu saç dərisinə yüngül massaj edərək yedirmək lazımdır.Yağ dərini ultrabənövşəyi günəş şüalarından qoruyur.Ərik çəyirdəyi yağından sellüid əleyhinə massaj vasitəsi kimi istifadə edilir.
Bunun üçün aşağıdakı qarışım
hazırlanır:

* 3 damcı limon yağı
* 3 damcı qreypfurt yağı
* 4 damcı bibəriyyə yağı
* 1 xörək qaşığı ərik çəyirdəyi yağı

Bir-neçə kosmetik maska resepti

Problemli dəri üçün maska
Bir xörək qaşığı ərik çəyirdəyi yağı ,
1 damcı lavanda yağı,
1 damcı çay ağacı yağı və limon yağı qarışdırılaraq üzün dərisinə sürtülür, 20 dəqiqə sonra dəri yuyulub qurulanır.Dəridə olan yorğunluğu aradan qaldırmaqüçün ərik çəyirdəyi yağı çobanyastığı dəmləməsi ilə qarışdırıb üzə sürtmək lazımdır.

Dərini qidalandırmaq üçün ərik çəyirdəyi yağı itburnu yağı ilə qarışdırılır və üzə sürtülür.Əllər və dırnaqlarda quruluq varsa ərik çəyirdəyi yağı və yulafla qarışım hazırlayıb sürtmək lazımdır.Yumurta sarısı konyak və ərik çəyirdəyi yağını qarışdırıb saçlara sürtdükdə saçlardakı quruluq aradan qalxır.

Saçların tez bir zamanda uzanması üçün yumurta sarısı, mayonez və ərik çəyirdəyi yağını qarışdırıb saçlara sürtmək və 20 dəqiqə sonra yumaq lazımdır.

Tökülmüş saçların yerinə yenilərinin tez bir zamanda gəlməsi üçün aloe şirəsi, ərik çəyirdəyi yağı, bal və yumurta sarısının qarışımından hazırlanan maskadan istifadə etmək lazımdır.

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 138
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
faydali melumat oldu
17 iyul 2018 16:20
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Lalə_Officail
Apteklerde gormusem. Hec isdifade etmemisem ama , isdifade edecem mutleq uz derim ucun.
Tewekkur❤
13 iyul 2018 09:03
4
Offline
CANAN
Erik cekdeyinin bu qeder faydali olugunu bilmirdim.xeber ucun tsk
12 iyul 2018 13:53
3
canan qizim sirin seker qizim.
Offline
BARBI
Kosmetik vasite kimi istifade etmisem.Faydali yagdir
12 iyul 2018 10:34
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Cema_Axodova
Tewekkirler bu qeder faydali olduqun bilmirdim
12 iyul 2018 09:35
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri