Dəfnə yarpağının faydaları

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 4 346
Səs ver:
(səs: 0)
Dəfnə yarpağı dəfnəkimilər fəsiləsinə aid olan ağacın yarpağıdır.
Dəfnə həmişəyaşıl ağacdır və onun vətəni Orta Asiya və Aralıq dənizi ölkələri hesab edilir.
Dəfnə insanların istifadə etdiyi ənqədim və faydalı bitkilərdəndir. Dəfnə yarpaqlarından alınmış efir yağı alkohol içkilərin və konditer məhsullarının hazırlanmasında istifadə olunur.

Dəfnə yarpaqlarından xalq təbabətində, tibbdə,kimya sənayesində geniş istifadə olunur.
Ondan sineol və kamforanın hazırlanmasında istifadə edilir.

Qadınla.Com bildirir ki, qədim zamanlarda Roma imperiyası və Yunanıstanda dəfnə budaqlarından hazırlanmış çələngi müharibədən qalib şəkildə dönən əskərlərin başlarına qoyublar.

Orta əsrlərdə dəfnə xoş könüllü olmağın simvolu sayılıb və ondan şər qüvvələri qovmaq məqsədilə istifadə edilib. İndi demək olar ki, bütün ölkələrdə dəfnə ağacı yetişdirilir. Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya, Portuqaliya, Qafqaz ölkələri, Albaniya, Qvatemala və Krım adaları bu ölkələrin sırasında ön yerləri tutur.
Dünyanın ən məşhur aşbazları hətta dəfnə yarpağından pudinqlərin və desertlərin hazırlanması məqsədilə istifadə edib. Dəfnə yarpaqlarından əsasən sousların, marinadların, şorbaların, bulyonların, ət və balıq məhsullarının, turşuların hazırlanması zamanı istifadə edilir.

Dəfnə yarpağının faydalı xüsusiyyətləri:

Dəfnə yarpağının qida dəyəri çox yüksəkdir. Onun tərkibində zülallar, yağlar, karbohidratlar, efir yağları, qidalifləri, A, C, PP və B qrup vitaminləri, makro və mikro elementlər( natrium, maqnium, sink, kalium, dəmir, selen, marqanes, fosfor və s.) var.

Müalicəvi və faydalı xüsusiyyətləri:

Antik dövrün aşbazları dəfnə yarpağını bütün xəstəlikləri sağaltmaq qabiliyyətinə malik olan bir bitki kimi tanıyıblar. Hippokratın sözlərinə görə dəfnə yarpağı qıcolmalar və onların əmələ gəlməsinə səbəb olan qıcıqlanmaların aradan qalxması üçün faydalıdır.
İbn Sina dəfnəni oynaq ağrıları, əsəbi gərginlikləri, boğulmalar zamanı faydalı hesab edib. Onun əlyazmalarında dəfnə toxumları və kökü xolisistit və sidik daşı xəstəlikləri zamanı dərman vasitəsi kimi qeyd edilib. Müasir xalq təbabətində də dəfnə yarpağından istifadə olunur. Ondan iştahanı artırmaq, həzmi sürətləndirmək, şişkinliyi aradan qaldırmaq, təzyiqi aşağı salmaq, artrit və artrozu sağaltmaq, immuniteti artırmaq, vərəm çöplərini məhv eləmək məqsədilə istifadə edilir.
Dəfnə yarpağının dəmləməsi orqanizmə sidikqovucu, antiseptik təsir göstərir. Ondan müxtəlif mazların hazırlanması zamanı istifadə edilir. Ondan soyuqlama, stomatit, əsəb gərginlikləri, amenoreya,ürəkbulanmanın profilaktikası məqsədiləistifadə edilir.

Dəfnə yarpağının dəmləməsi boğaz ağrılarının və boğazda olan iltihabın azalmasına səbəb olur. Dəmləmədən xərçəng xəstəliklərinin müalicəsi zamanıxəstələrə təyin edilir.Dəfnə yarpağı dəmləməsindən şəkərli diabet xəstələrinin içməsi xəstəliyin əlamətlərini azaldır.
Bunun üçün 10 dəfnə yarpağını 750 ml qaynar suda 2-3 saat saxlamaq və gün ərzində 100 ml olmaq şərti ilə içmək lazımdır.

Oynaq ağrıları zamanı 5 qram dəfnə yarpağını 300 qram soyuq suda qaynayana qədər çatdırmaq və 5 dəqiqə qaynadıqdan sonra termosda 4-5 saat saxlamaq lazımdır. Bu dəmləməni gün ərzində az-az içmək oynaq ağrılarının azalmasına səbəb olur.

Nəzərinizə çatdırmaq istəyirəm ki, dəmləməi birdəfəyə qəbul eləmək lazım deyil.

Kosmetologiyada:

Kosmetaligiyada dəfnə dəmləməsindən tonuslandırıcı maskaların hazırlanması zamanı istifadə edilir. Ondan hazırlanmışlosyonlar dərinin iltihabı xəstəlikləri( irinli səpgilər, frunkul və s.), piqment ləkələri zamanı çox faydalıdır. Ev şəraitində losyon hazırlamaq üçün 25 dəfnə yarpağını yarım stəkan qaynar suda 5 dəqiqə qaynadılır və 4 saat saxlanılır. Sonra dəmləmə süzülür üz və boyun dərisinə sürülür.

Dəfnə yarpağının zərərli xüsusiyyətləri:

Aşağıdakı hallarda dəfnə yarpağından çox istifadə eləmək olmaz:

* hamiləlik, uşaqəmizdirmə və klimaks dövründə

* kəskin qaraciyər, böyrək və ürək-damar xəstəlikləri zamanı

* kəskin mədə və onikibarmaq yarası xəstəliyində

* allergiya zamanı.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri