Qırmızı soğanın faydaları

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 2 042
Səs ver:
(səs: 0)
Xanımların mətbəxdə ən çox istifadə etdiyi məhsullardan olan qırmızı soğanın faydaları saymaqla bitmir.

Qadınla.com xəbər verir ki, bu qida gündəlik istifadə üçün olduqca ucuz və əlverişlidir. İlk növbədə qırmızı soğan ürəyi gücləndirir, tərkibindəki esterlər qanın laxtalanmasının qarşısını alır. Qan təzyiqini aşağı salan bu qida "şəkər" xəstəliyinin də dərmanıdır.

Məlumdur ki, soğan mikroblara və viruslara qarşı istifadə edilən mükəmməl vasitədir. Kəsik və yanıq yaralarına mikrob düşməməsi üçün həmin hissələrə qırmızı soğan suyu vurmaq lazımdır.

Həmçinin, öd kisəsinin ifrazını artıran qırmızı soğan daşın yaranmasının qarşısını alır.

Qadınlar tez-tez əl və ayaq dırnaqlarının qırılmasından şikayətlənir, bunun üçün müxtəlif vitaminlər qəbul edirlər. Lakin dırnaqları qırmızı soğan suyu ilə yumaqla bu problemdən həmişəlik can qurtarmaq mümkündür.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri