Tərxunun az bilinən faydası və ziyanı

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 3 187
Səs ver:
(səs: 0)
Adi yovşanın yaxın "qohum"u olan tərxun vitamin və minerallar, efir yağları, flavonoid, kumarin, alkaloidlər və bəzi digər nadir faydalı maddələrlə zəngindir.

Tərxun qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu. Həmçinin tərxunu "sevgi" dərmanların tərkibinə də daxil edirdilər.

Tərxunun həqiqətən çoxlu faydalı xüsusiyyətləri var:

- Qadınla.com bildirir ki, tərxun orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, beyinin fəaliyyətini və əhvalı yaxşılaşdırır.

- Damarları möhkəmləndirir, onları daha elastik edir, damarlarda trombların və aterosklerozun əmələ gəlməsi riskini azaldır, təzyiqi salır.

- Bağırsaqlarda qurdları və patogen mikrobları öldürür.

- Depressiya zamanı yaxşı kömək edir.

Kişilərdə potensiyanı artırır.

- Diş və baş ağrısını azaldır.

- Xərçəng əleyhinə təsirə malikdir.

Qastrit və madə xorası olanlara tərxun yemək olmaz.

Hamiləlik zamanı bu göyərtinin istehlakı uşaqlığın tonusunun artmasına səbəb ola bilər ki, bu da hamiləlik üçün təhlükə yaradır.

Tərxunun çoxlu miqdarda istehlakı zəhərlənməyə gətirib çıxarda bilər. Bu zaman insanda ürəkbulanması, qusma, hətta bayılma kimi simptomlar meydana çıxır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 187
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri