Bu turşu uzunömürlülüyə təsiri edir

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 230
Səs ver:
(səs: 0)
Alimlərin fikrincə, hüceyrələrdəki nuklein turşusu insanın yaşlanmasında mühüm rola malikdir. Normadan daha çox - qırx altı gün yaşayan mutant soxulcan üzərində aparılan müşahidələr göstərib ki, o, adi soxulcandan iki dəfə uzunömürlü olub. Eksperiment zamanı uzunömürlü soxulcanın hüceyrə strukturunda dəyişikliyin onun metabolizminə müsbət təsiri aşkar
olunub
Qadınla.com bildirir ki, Almaniyada fəaliyyət göstərən Maks Plank Biologiya İnstitutunun əməkdaşı Adam Antebinin sözlərinə görə, nuklein turşuları canlıların yaşama müddətini tənzimləyir. Hüceyrələrin tərkibindəki mikroorqanizmlər olan ribosomlar saç, yaddaş və refleksləri formalaşdıran zülal divarları yaradır. Onlar, həmçinin DNT-nin tərkibində maddələr mübadiləsi və enerji sərfinə istiqamət verən zəncirin halqalarını da müəyyən edirlər. Məhz bu amillər insanın sağlam və uzunömürlü olmasını təyin edir.

Adam Antebi əlavə edib: "Altmış yaşdan yuxarı insanların iştirakı ilə aparılan tədqiqatlar maraqlı nəticələri üzə çıxarıb. Eyni fiziki fəallıq, qida rasionu və sağlam həyat tərzi keçirənlərin müayinəsi göstərib ki, bütün bu amillər yalnız köməkçi rolunu oynayır. Həlledici amil isə insanın genetik bazasıdır. Biz uzunömürlülüyün bioloji meyarlarını aşkar etmək üçün xeyli vəsait və vaxt sərf etdik, lakin belə qənaətə gəldik ki, bunu mikroskop altında hüceyrələri strukturunu öyrənərək müəyyən etmək olar".
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri