Diabet xəstələri üçün ən faydalı tərəvəz

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 260
Səs ver:
(səs: 1)
Şəkərli diabet ağır xroniki xəstəlikdir. İldən ilə bu xəstəliyə yoluxan insanların sayı artır.Belə ki, 2012-ci ildə dünyada 382 mln. insana bu xəstəliyin diaqnozu qoyulub.
Alimlərin fikrinə görə, 2035-ci ilə qədər bu rəqəm artacaq və 592 mln. çatacaq. Kontrol olunmayan şəkərli diabet orqanizmə ciddi ziyan vurur, ağır fəsadların inkişafına (infarkt, insult, böyrək çatışmazlığı, korluq) səbəb olur.Şəkərli diabetdən əziyyət çəkən insanlar üçün pəhriz müalicənin tərkib hissəsidir. Dərman preparatları ilə yanaşı düzgün qidalanma şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

Qadınla.Com xəbər verir ki, Böyük Britaniya alimləri araşdırmalar nəticəsində diabet xəstələri üçün ən faydalı məhsul təyin ediblər. Bubalqabaq növü olan sukkinidir.

Sukkini qanda şəkərin tənzimlənməsinə kömək edir, qidalı liflərlə zəngindir, insanı uzun müddət ərzində tox saxlayır.Bütün bunlar şəkərli diabet xəstələri üçün çox vacib olan amillərdir.Bundan əlavə sukkini qaraciyər üçün də çox faydalıdır, arıqlamağa kömək edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlımaddələri xaric edir, dərinin vəziyyətini yaxşılaşdırır.Sukkini asan mənimsənilir və bu səbəbdən kiçik yaşlı uşaqların menyusuna əlavə qida kimi əlavə oluna bilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri