Kiçik meyvənin 7 böyük faydası

Müəllif: Son Bahar
Şərhlər: 8
Baxılıb: 2 848
Səs ver:
(səs: 0)
Cənnət almasının faydaları saymaqla bitməz.

Digər alma növlərində olduğu kimi cənnət almasının tərkibində də bir çox faydalı vitamin (A, C, PP, B) və minerallar (kalsium, mis, dəmir, sink, marqans və s.), pektinlər, fitonsidlər, antioksidantlar, büzücü maddələr və s. var.

Lakin digər alma sortları ilə müqayisədə cənnət almasının tərkibində bioloji aktiv maddələr qat-qat daha çoxdur.

Hələ dahi Hippokrat öz elmi işlərində cənnət almalarının faydasını qeyd edirdi və onları ürək, böyrək və dəri xəstəlikləri zamanı yeməyi tövsiyə edirdi.
Qadinla.com sizə kiçik almaların 7 böyük faydasını təqdim edir:

1.Ürək və damarlar üçün çox faydalıdır, təzyiqi tənzimləməyə kömək edir, damarları möhkəmləndirir.

2.Qanda xolesterinin səviyyəsini aşağı salır, ateroskleroz, infarkt və insultun riskini azaldır.

3.Bağırsaqların fəaliyyətini aktivləşdirir, qəbizliyin qarşısını alır.

4.Böyrəklər üçün çox faydalıdır.

5.Polifenol maddələri ilə zəngin olduğundan xərçəngin (xüsusilə qaraciyər və yoğun bağırsağı xərçənginin) riskini azaldır.

6.Sərbəst radikalları neytrallaşdırır və bununla da orqanizmdə qocalma proseslərini ləngidir.

7.Dərinin vəziyyətinə müsbət təsir edir, gözlər üçün faydalıdır.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 848
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri