Ədviyyat növləri

Şərhlər: 4
Baxılıb: 5 116
Səs ver:
(səs: 0)
Ədviyyat - xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir. Bunlara bitkilərin yarpaqları, çiçəkləri, toxumlar, meyvələr, köklər, zoğlar, qabıqlar aiddir.

Ədviyyatların hamısı ekzotik mənşəli olub Uzaq Şərqin tropikal bölgələrində yetişir. Onlar əsasən iki növə ayrılırlar: ədviyyat və ətirli otlar

Ədviyyat
Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verirkən, ədviyyat xörəyin ləzzətini artırır.

Ədviyyat həm də iştah açıcıdır.

Azərbaycan mətbəxində istifadə edilən əsas ədviyyat növləri bunlardır:
vanilin
mixək
darçın
quru nanə
toz və dənə qara istiot
zəfəran
sumaq
sarıkök
zəncəfil
cirə
razyana

Ətirli otlar
Ətirli otlar xörəklərə dad və ləzzət vermək üçün istifadə edilən bitki növləridir. Bu bitkilərin yarpaqları, çiçəkləri, toxumları, meyvələri, kök və ya zoğları istifadə edilir.

Bir çox halda, ətirli otlar xörək üçün lazım olan məhsulların əsas hissəsini təşkil edir.

Ətirli otlar təzə və ya quru halda istifadə edilir. Azərbaycan mətbəxini ləzzətini daha da artırmaq üçün istifadə olunan əsas ətirli otlar bunlardır:

şüyüd
reyhan
tərxun
nanə
cəfəri
keşniş
kəvər
turşəng
kərəviz
kəklikotu
dəfnə
zirə

Ədviyyatın təbabətdə də əhəmiyyəti çox böyükdür. Onların hər birinin ayrı-ayrılıqda müalicəvi xüsusiyyətləri var.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 116
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri