Feyxoa meyvəsi

Şərhlər: 4
Baxılıb: 2 093
Səs ver:
(səs: 0)
Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun port. João da Silva Feijó şərəfinə adlandırılmışdır.

Növləri
Azərbaycanın dərman bitkiləri Redaktə
Sellov feyxoası (Feijoa sellowiana Berg)

Əhəmiyyəti
Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır.

Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır.

Təbii yayılması:
Qərbi Paraqvay, Cənubi Braziliya və Argentinada təbii halda bitir. Krım, Soçi və Batumidə geniş sahələrdə əkilib becərilir.

Botaniki təsviri
Hündürlüyü 6 m olan, həmişəyaşıl, alçaq gövdəli ağac və ya koldur. Budaqları bozumtul-sarı qabıqlıdır. Yarpaqların uzunluğu 4-6 sm olub, üzbəüz düzülüşlü, sadə quruluşlu, səthi qalın-dərivari, formaca ellipsvaridir. Üstdən tünd yaşıl, parlaq, altdan gümüşü-bozumtul tükcüklüdür. Çiçəkləri birevli, iri və tək-tək yerləşir. Uzun saplaqlı, ləçəkləri 4 olub, çəhrayı rəngli və ətirlidir. Kasacığı meyvənin üzərində qalır və tükcüklüdür. Erkəkciyi çoxsaylı, tozcuğu kürəvaridir. Yumurtalığı 4 yuvalı, sütuncuğu yoğunlaşmış və ya saçaqlı ağızcıqlıdır. İyun ayında çiçəkləyir. Meyvəsinin uzunluğu 8 sm-ə çatan, uzunsov ovalvari, turşməzə tamlı, şirəli, xırda toxumlu giləmeyvədir. Oktyabr-noyabr aylarında yetişir.

Ekologiyası:
Rütubətli, zəngin torpaqlarda bitir. İstisevəndir, işıqlı, günəşli ərazilərdə yaxşı inkişaf edir.

Azərbaycanda yayılması:
Astara və Lənkəranda geniş sahədə feyxoa bağları vardır. Tək-tək nüsxələrinə Bakı, Gəncə, Göyçay, Balakəndə və s. bölgələrdə təsadüf edilir.

İstifadəsi:
Meyvəsindən yeyinti sənayesində geniş istifadə olunur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri