Fars yasəməni

Şərhlər: 4
Baxılıb: 2 137
Səs ver:
(səs: 0)
Əfqan yasəməninin (Syringa alghanica) kəsilmiş yarpaq yasəmənlə (Syringa laciniata) çarpazlaşması yolu ilə alınmışdır.

Botaniki təsviri:
İran yasəməni 2 m-dək hündürlüyündə, çox şaxələnmiş budaqları olan koldur. Cavan budaqları çox zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, pulcuqlu, sallaq, nazikdir. Yarpaqları kağızvari və ya dərili, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları bölünmüş deyil, neştərvari, enli-neştərvari və ya ensiz – oval formalı, eni 1 sm-dək, bünövrəyə tərəf daralmış, ucu bizdir. Çiçək qrupları çoxçıçəkli, yuxarı yan tumurcuqlardan inkişaf edir, uzunluğu 5-10 sm və eni 5-7,5 sm, yumurtavari formalı, şaxələnmiş, nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır. Çiçəkləri ağ-bənövşəyi və ya ağ rəngli, qoxuludur. Çiçək tacının borucuğu silindrik və ya zəif qıfvari formalıdır, uzunluğu təxminən 1 sm-dir. Meyvəsi künclərində çox ensiz qanadlı, diametri 0,3 sm, tünd narıncı, yuxarı hissəsi küt və ya bəzən iti, dörd hissəli qutucuqdur. Çiçəkləməsi mayda başlayır və iyunadək davam edir. Toxumu iyul-avqustda yetişir.

Ekologiyası:
Quraqlığa, soyuğa davamlıdır. Rütubətli, humuslu, gilli torpaqlara üstünlük verir.

Azərbaycanda yayılması:
Mədəni səraitdə bir çox rayonlarda becərilir.

İstifadəsi:
Tək, qrup, mürəkkəb əkinlərdə, canlı hasarların salınmasında istifadə edilir
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 137
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri