Yaşıl pomidorun inanılmaz faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 051
Səs ver:
(səs: 0)
Adətən pəhriz salatlarında və turşularda istifadə edilən yaşıl pomidorun bir çox faydası olduğunu bilirdinizmi? Sizlər üçün yaşıl pomidor haqqında məlum olmayanları araşdırdıq. Məhz yaşıl pomidor haqqında bilməyiniz lazım olanları Qadinla.com-un bu məqaləsində oxuya bilərsiz.

Turş dada malik olan yaşıl pomidor ümumiyyətlə turşu istehsalında istifadə edilir. Normal pomidora görə içərisindəki turşu və lif nisbəti çox olan bu pomidorun inanılmaz faydaları vardır.

YAŞIL POMİDOR FAYDALARI

Diyetik lif baxımından zəngin olan yaşıl pomidor həzm sisteminin daha yaxşı işləməsini dəstəkləyir. Eyni zamanda orqanizmin yağ yandırmasına yardımçı olur. Artıq yağı enerjiyə çevirir.

Aparılan araşdırmalarda da içində olan ATF4 adlı zülal maddəsi əzələ və sümük sistemini gücləndirərək xəstəliklərdən uzaq tutur. Yaşlılığa bağlı inkişaf edən əzələ çatmasını də mane olur. 2 ay boyunca nizamlı istehlak edildikdə əzələlərin yüzdə otuz nisbətdə daha güclü olmasını dəstəkləyir.

Yaşıl pomidor antikarsinojenik və antibakteriyal xüsusiyyətləri sayəsində orqanizmdə sərbəst dolaşan radikalların sayını azaldaraq immuniteti gücləndirir. Beləliklə orqanizmə girməyə çalışan, ya da yaranmağa çalışan şiş hüceyrələrinə mane olur. Orqanizmdə əsas müdafiə mexanizmi hazırlayır. Bədəndə olan zərərli hüceyrələri xaric etmə və sidik yolu ilə atmağa yardımçı olur.

Əsrlər boyu qabıqları tibbi dərmanlarda istifadə edilən yaşıl pomidor dəri və dəri xəstəliklərinə də yaxşı gəldiyi məlumdur. Deformasiya olan hüceyrələri yeniləmədə təsirli olan qida dazlaşma və kəpək kimi saç xəstəliklərinə yaxalanma riskini azaldır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 051
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri