Xəstəliyə görə meyvə və tərəvəz seçimi

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 2 025
Səs ver:
(səs: 0)
Kök/ Baş ağrısı
Aparılan araşdırmalara görə, unutqanlıq üçün ən yaxşı tərəvəzin kök olduğu müəyyən edilmişdir. Modern dövrdə artan unutqanlıq və alzheimer risklərini azaldan kök eyni zamanda xroniki baş ağrıları üçün də faydalıdır. Mütəxəssislər həftədə iki dəfə kök suyu içməyi məsləhət görür.

Ənginar / Qaraciyər
Bəzi qidalar qaraciyərdə iltihablanmaya səbəb olur. Bu iltihablanma gələcəkdə ciddi problemlərə yol açır. Mütəxəssislər bunun qarşısını almaq üçün həftədə bir dəfə ənginar yeməyi məsləhət görür. Bu bitki qaraciyərdəki toksin maddələri təmizləməkdə təsirlidir.

Sarımsaq/ Xolestrol
Antioksidan tərkibinə görə zərərli toksinləri azaldır, pis xolestrolu azaldır. Bu damar tıxanmasının qarşısını alır. Eyni zamanda ürək xəstəliklərinin qarşısını alır.

İspanaq/ Diş çürüməsi
Maqnezium, fosfor mineralları baxımından zəngin olan ispanaq, sümük və əzələ inkişafına kömək edir. Diş çürüməsinin qarşısını alır. Diş köklərində yaranan iltihabın qarşısını alır.

Portağal/ Qrip

C vitamini baxımından zəngin olduğu üçün immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı bədən gücünü artırır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri