Qarabaşaq qabıqlarından hazırlanan yastığın mualicəvi təsiri var

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 871
Səs ver:
(səs: 0)
Qreçka olaraq da bilinən qarabaşaq son illərdə ən çox istehlak edilən qida oldu. Bunun səbəbi isə tərkibində yüksək nisbətdə lif və protein olmasıdır. Glutendən ibarət qarabaşağın dadı buğdaya bənzədilir. Tərkibində B vitamini, maqnezium var. Bununla yanaşı, 100 qramında təxminən 13 qram zülal, 10 qram lif, 450 milliqram kalium, 18 milliqram qədər də kalsium olduğundan olduqca faydalıdır.

Qarabaşağın faydaları:

Yüksək lif daşıdığından pəhriz edənlərin siyahılarının ilk sıralarında yer alır. Eyni zamanda uzun müddət tox tutar və gün boyu orqanizmin enerji səviyyəsini yüksəldir. Beləliklə, pəhriz edərkən yorğunluq və stress kimi xəstəliklərə yaxalanma riskini azaldır.

Kalium qan səviyyəsini normal səviyyədən tutduğundan yüksək təzyiqinə mane olur. Qarabaşaq kalium baxımından zəngin olduğundan yüksək təzyiqi təkan verməz əksinə yaxşılaşdırır. Yüksək təzyiq kimi xolesterin səviyyəsini də tarazlıqda tutaraq qan və damar xəstəliklərinə yaxşı gəlir.

Qaraciyər bədəndəki bütün toksinləri toplayıb atma postundakı bir orqandır. Ancaq bəzi funksional pozuntular səbəbindən qaraciyərin atmadığı bu toksinləri yağlanmaya səbəb olur. Qarabaşak isə daşıdığı kolin adlı maddə sayəsində qaraciyər yağ miqdarını azaldır.

Zəifləməyi dəstəkləyərkən həzm və ifrazat sistemlərini də müsbət təsir göstərir. Xüsusilə bağırsaqların funksiyalarının da daha yaxşı işləməsini dəstəkləyir. Daş və qum yaranmasını qarşısını alir. Tualetə çıxmağı sağlam hala gətirir.

Qarabaşaq toxumun faydası qədər qabıqlarının da faydası vardır. Bu qabıqlardan qoyulan yastıqlar baş və boyun ağrılarına yaxşı gəlir. Eyni zamanda, rahat bir yuxu çəkmənizi təmin edir. Yastıqlar qışda isti yayında sərin saxlayır. Bu əsrlərlə kəndlilər tərəfindən istifadə edilmişdir.

Necə istifadə edilir?

Şorba, bulqur, salat və dolmada da istifadə edilir. Bununla yanaşı, xəmir işlərində də istifadə edilə bilər. Əsrlərdir qabıqlarından da yastıqcalar düzəldilərək kompres tətbiq olunur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri