Bu meyvəni görməzdən gəlirik, halbuki çox faydalıdır…

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 416
Səs ver:
(səs: 2)
İnsanların rasionunda nadir hallarda özün yer tapan yemişan meyvəsi çox faydalı məhsuldur. Yüngül turş dadı olan yemişan ürəkdən tutmuş xolesterola qədər bir çox xəstəliklərlə mübarizə aparır.

Qadinla.com bildirir ki, yemişan meyvəsi stressə qarşı da effektivdir. Sakitləşdirici özəlliyə malik meyvə insandakı stress səviyyəsini minimum salır.
Düzgün işləyən həzm sistemi...

Bağırsaq florasına müsbət təsir göstərən yemişan həzm sisteminin daha rahat və sağlam işləməsinə kömək edir. Qəbizlik, həzmsizlik və mədə ağrılarında effektivdir.

Yemişan meyvəsi mütəmadi olaraq yeyildikdə qan dövranını artırır, qan təzyiqini aşağı salır. Eyni zamanda maddələr mübadiləsinə müsbət təsit göstərir. Üstəlik yüksək xolesterolla əlaqəli ürək xəstəliklərinin də yaranmasının qarşısını alır.

Bundan başqa aşağıdakı faydaları var:

Qaraciyəri qoruyur.

Bağırsaq infeksiyalarının məhv edilməsində rol oynayır.

Pis xolesterolu aşağı salır, yaxşı xolesterolu artırır.

Dərinin təmizlənməsinə və yenilənməsinə kömək edir.

Hamilələr yeyə bilərmi?

Hamiləlik orqanizmin, hormonların dəyişdiyi bir dövr olduğu üçün qidalanmaya daha çox diqqət yetirmək lazımdır. Lakin bu, hər sağlam qidanın qəbul edilməsi anlamına gəlməməlidir. Bu səbəbdən hamilələr yemişan meyvəsini yeməzdən əvvəl həkimi ilə məsləhətləşsə yaxşı olar.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri