7 gün boyunca pomidor yeməyin faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 905
Səs ver:
(səs: 0)
Yeddi gün ərzində yeyilən pomidorun orqanizmə verdiyi faydaların nələr olduğunu bilirdinizmi? Məhz güclü bir antioksidant olan pomidorun yeddi gün ərzində istehlak edildikdə bədənimizə verdiyi faydalar.

A, C, K və B6 vitaminləri baxımından olduqca zəngin olan pomidor, nizamlı istehlak edildikdə bədənin ehtiyacı olan; Fol turşusu, tiamin, maqnezium, fosfor, mis və kalium kimi qida dəyərlərini qarşılayır.

Məhz 7 gün boyunca nizamlı istehlak edilən pomidorun bədən sağlamlığına verdiyi faydalar Qadinla.com-un bu xəbərində;

TƏZYİQİ TARAZLAYIR

Pomidorun, daşıdığı kalium dəyəri qan təzyiqini tənzimləyir. Qanda olan zərərli trigliserid səviyyəsini salarkən eyni zamanda yüksək təzyiq xəstəliyi riskini azaldır.

HƏZMİ ASANLAŞDIRIR

İntensiv lif tərkibi sayəsində həzm sistemini tənzimləyən pomidor, həzmə kömək edən əzələlərin rahat hərəkət etməsini təmin edir. Eyni zamanda qaz sıxması, sidik yolu infeksiya və bağırsaq xəstəliklərinə qarşı güclü bir antioksidant vəzifə görür.

DƏRİ SAĞLAMLIĞI

Yeddi gün ərzində nizamlı istehlak edilən pomidor, dəri səthində əmələ gələn pozulmaları aradan qaldırır. Qocalmağı gecikdirir və dəridəki günəş ləkələrinin azaltmasında olduqca təsirli bir qidadır.

GÖZ SAĞLAMLIĞI

Pomidor, tərkibindəki A vitamini sayəsində gözdə yaranan, sarı nöqtə xəstəliyi kimi xəstəliklərə yaxalanma riskini azaldır.

SİQARET DÜŞMƏNİ

Siqaret tüstüsünə məruz qalan insanlarda, kanserogen təsiri olan nitrosamin hüceyrələri yaranır. Yüksək miqdarda antioksidant saxlayan pomidor, bu nitrosamin hüceyrələrin əmələ gəlmə riskini azaldır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri