Aloenin müalicəvi gücü - gözəl dəri və saçlar, güclü immunitet...

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 461
Səs ver:
(səs: 0)
Əsrlər boyu əzvay təbii kosmetikada və minlərlə müxtəlif xəstəliklərin müalicəsində dərman kimi işlədilib.

Əzvayın müalicəvi əhəmiyyəti onun şirəli, qidalandırıcı maddələrlə zəngin olan yarpaqlarındadır.

Qadınla.com xəbər verir ki, tərkibi 99 faiz sudan ibarət olsa da, əzvay xeyli vitamin, mineral və antioksidant xüsusiyyətlərə malikdir.

Əzvayın (Aloye vera) faydalarını nəzərinizə çatdırırıq.

1. Səhhəti və dərinin xarici görünüşünü yaxşılaşdırır
Əzvay geli sağlamlığa və epidermal hüceyrələrin fəaliyyətinə çox yaxşı təsir göstərən aktiv maddələrlə boldur. Eyni zamanda, onların regenerasiyasını sürətləndirir.

Tərkibində əzvay olan kremdən müntəzəm istifadə dəri hüceyrələrinin vaxtından əvvəl qocalmasının qarşısını alır, mimik qırışların əmələ gəlməsini azaldır, dərini dərindən nəmləndirir və kollagen əmələ gəlməsini stimullaşdırır.

2. Qəbizliyin aradan qaldırılmasında təbii vasitədir
Əzvayın yarpaqlarında olan aktiv maddələr işlətmə təsirinə malikdir. Bu səbəbdən bitkidən qəbizliyin müalicəsində istifadə edilir.

Təbii əzvay şirəsi maddələr mübadiləsini yaxşılaşdırır, xora xəstəliyi zamanı əmələ gələn ağrıları aradan qaldırır, mədə iltihabını sağaldır.

3. Saçlar üçün əvəzedilməz kondisionerdir
Əzvay saç üçün şampun və kondisionerlərdə populyar inqrediyentdir. Bitkinin tərkibindəki nəmləndirici maddələrin zənginliyi saçları zədələnmələrdən qorumağa şərait yaradır. Bundan başqa, əzvay baş dərisinin sağlamlığına da yaxşı təsir göstərir.

4. Ağız boşluğunun gündəlik gigiyenası üçün ideal vasitədir
Aloye veranın müalicəvi xüsusiyyətlərindən, həmçinin ağız boşluğunun qulluğunda da istifadə edilir. Bitkinin yarpaqlarından düzəldilən gelin tərkibində antibakterial və antiseptik təsir göstərən xeyli maddələr vardır. Əzvayın köməyi ilə damaqların qanamasının, dərinin qıcıqlanmasının, yaraların və müxtəlif infeksiyaların qarşısını tez və effektiv almaq mümkündür.

5. Qanda xolesterinin və şəkərin miqdarını təbii yolla azaldır
Çoxsaylı elmi tədqiqatlar göstərib ki, müntəzəm olaraq əzvay şirəsindən istifadə ikinci tip diabet xəstəliyi olan insanlarda qanda şəkərin miqdarını təbii yolla stabilləşdirməyə yardım edir.

Qeyd etmək lazımdır ki, əzvay geli qanda təkcə qlükozanı deyil, həm də xolesterinin və triqliseridlərin miqdarını azaldır.

6. İltihabın qarşısını alır
Əzvay bütün dünyada özünün maraqlı iltihab əleyhinə xüsusiyyəti ilə çox məşhurdur. Bu səbəbdən də bitkini adətən dəri zədələnmələrində, məsələn yanıqlarda istifadə edirlər. Bundan başqa əzvayı əlavə olaraq, oynaqların iltihabı nəticəsində əmələ gələn artritin (oynaq xəstəliyi), rematoid artritinin, xora və qızdırmaların müalicəsində məsləhət görürlər.

Əzvayın geli də astma və ekzema kimi xəstəliklərlə mübarizədə kömək edir. Əzvayın bu sahədə sağlamlığa faydası həqiqətən çox böyükdür.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 461
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri