Ananas qabığının faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 177
Səs ver:
(səs: 0)
Ananas A və C vitaminləri, eləcə də kalium və kalsium ehtiva edir. İnsan bədəninə faydalı olan ananas bir çox xəstəlik üçün təbii bir vasitədir.

Arıqlamağa kömək edir

Bromelan ilə zəngin ananas, həzm və kilo verməyə kömək edir. Ananas qabığında yandırıcı fermentlər vücudun selülitini azaldır. Mükəmməl bir sidikqovucu olduğundan, bədəndən çox mayenin asanlıqla çıxarılması mümkündür. Qabıqlardan hazırlanan çay bədənin kilo verməsinə imkan verir.

Öskürəyi kəsir

Ananas qabıqları qaynadılır və bir saat gözlədilib süzülən suyun içərisinə bal əlavə edib istehlak edildikdə boğazda iltihablı infeksiyanı yumşaldır. Quru və ağır öskürəyə də xeyri var.

Məsə sağlığını qoruyur

Ananas qabığında lif və bromelanın miqdarı olduqca yüksəkdir. Bromelan fermenti mədədə turşu məzmununu balanslaşdırır, həzm sistemində ölü hüceyrələri sürətlə parçalayır və mədədə yaranın meydana gəlməsinə maneə törədir. Bağırsaq funksiyası üçün yaxşı olan ananas həmçinin qəbizlik üçün də faydalıdır.

Mazolları yox edər

Qabığdakı faydalı fermentlər sayəsində ayaqda və ya əllərdə yaranan mazolları aradan qaldırmaq üçün təbii bir dərman olur. Ananas qabığını mazoun üstünə qoyub və gecə saxladıqda, ölü dəri yumşalır və mazollar asanlıqla yox edilir.

Xərçəngə qarşı mübarizə

Bundan əlavə, betakarotendən zəngin ananas bədəni prostat və bağırsaq xərçənginə qarşı qoruyur. Xərçəngli hüceyrələrin böyüməsinə mane olur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri