Azərbaycan jenşeni – Biyan

Şərhlər: 6
Baxılıb: 2 647
Səs ver:
(səs: 0)
Biyan bitkisi həqiqətəndə bizim nemətimizdir, şəfasını saymaqla bitməyən bir nemətdir.

Müalicə məqsədilə biyanın köklərindən istifadə olunur.

Biyan köklərində təbii saponinlər vardır. Saponinlər hormonal təsir göstərərək insanın halını anındaca dəyişir, əhval-ruhiyyəni yaxşılaşdırır, halsızlığı götürür, insana gümrahlıq gətirir.

Biyan köklərində daha bir qiymətli maddə qliçirizin vardır. Qliçirizin öskürək əleyhinə əvəzolunmaz bir maddədir. Biyan çayı sinəni yumşaldır, bəlğəmi təmizləyir, səs tutulmasında, bronxitdə, göy öskürəkdə, astmada, səs tutulmasında (inaqolmada) əla nəticə verir.

Biyan kökü dəmləməsi hətta ağız yaralarında, anginalarda və faringitdə də çox yaxşı nəticə verir. Biyan kökü dəmləməsi mədə qıcqırmalarında yaxşı təsir göstərir. Biyan çayının 1 stəkan ac qarına içilməsi qıcqırmanı dayandırır, mədə və bağırsaq yaralarında (qastrit, kolit) faydalıdır.

2 xörək qaşığı  biyan kökünü 1 stəkan suda 10 dəq qaynadın, 20 dəq dəmləyin, qatı gel halında olacaqdır. Bu geldən ekzema və psoriaz (dəmrov) olan hissələrə gündə 2 dəfə vurun çox yaxşı təsirini görəcəksiniz.

Ümumiyyətlə biyan çayının içilməsi də sağalmaz dəri yaraları üçün faydalıdır.

Biyan çayı böyrəkləri duz və qumlardan təmizləyir, böyrəküstü vəzidən qaynaqlanan yüksək qan təzyiqində çox faydalıdır. Biyan çayı qaraciyər və dalaq üçün də faydalıdır.

Biyan çayının faydası çox olsa da bu bitkini 20 gün içəndən sonra yaxşı olar 10-15 gün ara verib sonra yenə içəsiniz.

Biyan kökü gündə 3 dəfə 1 çay qaşığı 1 stəkan suda 5 dəq zəif odda qaynadılır, 10 dəq dəmlənilir, yeməkdən 30 dəq əvvəl içilir. Biyan çayı çox şirin olduğundan suyun miqdarını 2 stəkanda edə bilərsiniz. Məsələn, 1 çay qaşığı 2 stəkan suda dəmlənərək içilir. Biyan çayına nanə yarpağı və ya limon sıxıb içə bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri