Dəfnə yarpağının dəmləməsi ilə böyrəklərin təmizlənməsi

Şərhlər: 1
Baxılıb: 2 480
Səs ver:
(səs: 0)
Dəfnə yarpağı yaxşı sidkqovucu, iltihab və mikrobəleyhinə təsirə malikdir.

Dəfnə yarpağı xalq təbabətində böyrəklərin qumdan təmizlənməsi üçün çox geniş istifadə olunur.

Məşhur rusiyalı fitoterapevt Mixail Qordeev öz kitabında böyrəkləri təmizləmək üçün dəfnə yarpağı dəmləməsini tövsiyə edir.   

Qadinla.com mütəxəssisin reseptini təqdim edir: 3-4 dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. Dəmləməni 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.

Bu dəmləmə böyrəklərlə yanaşı, damarları da əla təmizləyir, arıqlamağa kömək edir. 

Qordeev xüsusi vurğulayır ki, böyrək daşı xəstəliyi və həmçinin böyrəklərin funksiyasının pozulması zamanı bu reseptdən istifadə etmək olmaz.

Həmçinin fitoterapevt qeyd edir ki, dəmləmənin qəbulu qəbizliyə səbəb ola bilər. Qəbizliyə meylli insanlar dəmləmənin qəbulu zamanı qidalanmaya liflərlə zəngin olan meyvə-tərəvəz, göyərti, paxlalı bitkilər, tamdənli yarmaları daxil etməlidir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri