Min bir dərdin dərmanı olan qaraçörəkotu sabunu

Müəllif: Ahu
Şərhlər: 7
Baxılıb: 328
Səs ver:
(səs: 0)
Qaraçörəkotu təxminən 14 əsr əvvəl Peyğəmbərimizin (s.ə.v) şəfalı adlandırdığı məhsullara daxil olan faydalı bitkidir. Qaraçörəkotunun və ondan hazırlanan sabunun çoxlarına məlum olmayan faydaları ilə tanış edib.

Qaraçörəkotu ödqovucu vasitədir, onun həlimi ciyər, ödkisəsi xəstəliklərinə qarşı müalicəvi təsir göstərir.

Əgər hər səhər qaraçörəkotu həlimini zeytun yağı ilə içsəniz, bu, üzə təravət verər.

Qaraçörəkotu həliminin sirkə ilə qarışığı bağırsaqdakı qurdları təmizləyir.

Titrəmə və qızdırmada qaraçörəkotu ilə bal və sirkənin qaynanmış qarışığı çox xeyirlidir.

Əzilmiş qaraçörəkotu toxumunun sirkə ilə isladılmış sarğısı baş ağrılarında və revmatizmdə çox təsirlidir.

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri olan İbn Sina yazırdı ki, qaraçörəkotunu soda ilə içmək astmada xeyirlidir.

XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim və təbibi Məhəmməd Yusif Şirvani isə deyirdi ki, əgər qaraçörəkotu toxumunu azca sirkədə qaynadaraq onunla ağzını yaxalasan, bu, diş ağrısını dayandırar: “Hər kəs qaraçörəkotunun toxumunu əzərək, balla qarışdırsa və hər gün 3 qr bu qarışıqdan acqarnına qəbul etsə, revmatizmdən xilas olar"

Tibet həkimləri qaraçörəkotu həlimini ciyər xəstəliklərində və qusma zamanı məsləhət görür.

Xalq təbabətində qaraçörəkotu toxumu bağırsaqlarda qaz yığıldıqda, qurda qarşı və sarılıqda istifadə edilir. Fransada qaraçörəkotu toxumları qara istiotu əvəz edir.

Müasir tibdə qaraçörəkotundan qazları yox etmək, yüngül işlətmə təsiri və qurdları təmizləmək üçün istifadə edirlər. Müasir tədqiqatlar nəticəsində müəyyən edilib ki, əkin qaraçörəkotu toxumu mikrobların inkişafının qarşısını alır.

Qaraçörəkotundan hazırlanan təbii sabunlar isə dərisində allergik problemləri olanlar üçün əlverişli bitki mənşəli dərmandır. Bu təbii bir məhsuldur. Heç bir kimyəvi maddəsi olmayan qaraçörəkotu sabunu dəri xəstəlikləri üçün mükəmməl vasitədir.

Qaraçörəkotu sabununun faydaları:

Dərini dərindən təmizləyərkən dərini qurutmur, nəmləndirir və daha hamar edir.

Ayaq göbələyinə və ayaq qoxusuna qarşı çox təsirlidir.

Ayaq yaralarını təmizləyir və dərini qidalandırmaqla müalicəyə kömək edir.

Sabun antibakterial olduğu üçün bakteriyaların böyüməsini maneə törədir və pis qoxuların qarşısını alır.

Saç diblərini gücləndirərək tökülməsinin qarşısını alır.

Saç ağarma prosesini ləngidir. Müntəzəm istifadə isə saçın köhnə rənginə qayıtmasına kömək edir.

Eqzamaya qarşı təsirlidir.

Allergik reaksiyalarda dərini rahatlaşdırır.

Antihistamin ehtiva edir.

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 328
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
SeLiN
Bizimdə çörəkotu sabunu qarşımıza çıxmayıb.
6 aprel 2019 12:58
7
Offline
BakılıQız
Corekotu sabunu qarsima cixmayib
6 aprel 2019 12:25
6
KeçmƏ NamərD KörpüsünnəN,QoY AparsıN SeL Sənİ
Offline
GünAy
Sitat: Love Angel
Heç istifadə etməmişəm.

Hec men de istifadə etməmişəm.
6 aprel 2019 12:25
5
Səni çox sevirəm həyatımın mənası heart
Offline
diablo
Məlumat yox idi sağol baci
6 aprel 2019 10:56
4
Perfect
Offline
vipbetul
maraqli melumatdir isdifade etmemisem
6 aprel 2019 09:43
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love Angel
Heç istifadə etməmişəm.
6 aprel 2019 09:34
2
'- Kitab ol, hamıya açılma,
Qoy ancaq səni anlayanlar oxusun....!'
Offline
BARBI
Mene isteyir bu sabun .Dehset allergiyam var.Bedenim qasinir
6 aprel 2019 08:20
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri