Gicitkən nə ilə faydalıdır? Babasil, diabet, prostatit...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 965
Səs ver:
(səs: 0)
Gicitkən A, E, C, K vitaminləri, dəmir, maqnezium, mis, kalsium mineralları, flavonoidlər, orqanik turşular, fitonsidlər, xlorofill, qlikozid və s. faydalı maddələrlə zəngindir.

Qadinla.com xəbər verir ki, gicitkən orqanizmi möhkəmləndirir, onu lazım olan vitaminlərlə təmin edir, vitamin çatışmazlığı zamanı faydalıdır.

Gicitkən orqanizmdə gedən mübadilə prosesləri və immun sistemini stimullaşdırır, xroniki xəstəliklər zamanı orqanizmin müdafiəsini gücləndirir.

Gicitkəndə olan xlorofill orqanizmə güclü stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, yara və xoraların sağalmasını tezləşdirir.

Gicitkən qadın sağlamlığı üçün də faydalıdır. Güclü menstrual qanaxmaların, klimaks zamanı qanaxmaların qarşısını alır, uşaqlığın tonusunu qaldırır. Lakin hamiləlik zamanı gicitkən ziyanlıdır ki, doğuşu tezləşdirə və ya dölsalmaya səbəb ola bilər.

Gicitkən qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən diabet xəstələri üçün faydalıdır.

Babasil zamanı gicitkən dəmləməsi ilə oturaq vannaları çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Gicitkən kişilərdə prostat vəzinin toxumasını bərpa etmək, cinsi meyli artırmaq xüsusiyyətlərə malikdir.

Gicitkən saçlara çox yaxşı təsir edir, saçlara parlaqlıq verir, kəpəyi aradan qaldırır.

Tromboflebit, yüksək təzyiq, qatı qan, hamiləlik zamanı gicitkən əks göstəriş sayılır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri