Ərik çəyirdəyi hansı xəstəlikdən qoruyur?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 937
Səs ver:
(səs: 0)
Uzun illərdir ki, dünyada xərçəngə qarşı çarə tapılması istiqamətində tədbirlər görülür, bu yöndə araşdırmalar aparılır.

Belə araşdırmalardan biri də Türkiyədə acı ərik çəyirdəyində mövcud olan amiqdalin adlı maddənin (B17 vitamini) xərçəng hüceyrələrinə təsiri barədə aparılıb.

Qadinla.com bildirir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, acı ərik çəyirdəyi xərçəng hüceyrələrinin yaranmasının qarşısını ala bilir.

Əslində ərik çəyirdəyində B17 vitaminin olduğu və onun xərçəngin yaranmasını əngəllədiyi məlum idi. Amma türkiyəli alimlər bildiriblər ki, bu yöndə indiyə kimi elmi araşdırma aparılmayıb. Amiqdalinə bir çox bitkidə, meyvədə, meyvə tumlarında rast gəlinir, amma ərik çəyirdəyi onunla daha zəngindir.

Türkiyəli alimlər hesab edir ki, acı ərik çəyirdəyində olan amiqdalindən dərman deyil, qida əlavəsi kimi istifadə olunmalıdır. Bununla bağlı hazırlanan qida əlavəsinin artıq satışa çıxarılması ilə bağlı addımlar atılacaq.

Onlar hesab edir ki, həmin qida əlavəsindən xəstələr deyil, sağlam insanlar da istifadə etməlidir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 937
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri