Çiyələyin bu faydasından xəbəriniz var idimi?

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 110
Səs ver:
(səs: 0)
Ohayo Universiteti (ABŞ) alimləri eksperiment zamanı aşkar ediblər ki, çiyələyin xərçəng əleyhinə təsiri var. Mütəxəssislər qida borusu xərçəngi göstəriciləri yüksək olan 3 Çin provinsiyasında eksperiment aparıblar.

Qadınla.com bildirir ki, 6 ay ərzində qida borusu şişləri olan eksperiment iştirakçıları hər gün çiyələk ekstraktını (təxminən 57 qr çiyələk) qəbul edirdilər. Nəticədə 36 iştirakçıdan 29-da şişlər kiçilib və daha aztəhlükəli olub.

Alimlərin fikrinə görə, baxmayaraq ki, çiyələk artıq mövcud olan xərçəngi tam müalicə etməsə də onun inkişafının qarşısını ala və müalicə zamanı yardım edə bilər.

Qeyd edək ki, bizim ölkədə də qida borusu xərçəngi yayılmış xərçəng növlərindən sayılır. Bu xərçəngin əsas risk faktorlarından biri qaynar qida və içkilərin istehlakıdır.

Bundan əvvəl İtaliyada aparılmış araşdırma da göstərib ki, çiyələk xərçəngin qarşısını almaq üçün ən yaxşı vasitələrdən biridir. Siçanlar üzərində aparılmış eksperiment göstərib ki, çiyələk metastazların inkişafına cavabdeh olan genlərin aktivliyini azaldır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 110
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri