Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...

Şərhlər: 6
Baxılıb: 205
Səs ver:
(səs: 0)
Hazırda tut növlərindən ən zərifi, ən dadlısının mövsümüdür. Şirəli ağ tut uşaqdan yaşlıya insan orqanizmi üçün saysız-hesabsız faydalara malikdir. Başqa meyvələri alıb masaya düzüb yeməyə öyrəşdiyimizdən, ağacdan ayrılandan sonra ömrü az olan bu meyvəni arada –bərədə 1 stəkan yeməklə kirfayətlənirik.

Halbuki mövsümündə istər ağ, istər qara tut gün ərzində azı 100 qr yeyilməlidir.

Ağ tutun 10 maraqlı faydasını təqdim edirik.

1. Qan əmələ gətirir, qanazlığında yeyin
Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qan azlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesin

2. Tərlədici, bəlğəmgətiricidir
Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir.

3 .İmminiteti möhkəmlədir
Tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndirir

4. Qaraciyəri təmizləyir
Ağ tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir

5.Ürək, qan-damar sağlığını qoruyur
Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir, nəticədə ürək yorulmur. Tut ürək infarktı riskini azaldır, iflici önləyir

6.Görməni yaxşılaşdırır
Tut şirəsi kompüterdə işləyən insanın gözləri üçün çox lazımdır. Uzun müddət radiasiya və işığa məruz qalan gözlər üçün bol A vitamini mənbəyidir. Retinapatiya  və görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirir.

7. Böyrəkləri təmizləyir
20 qram ağ tut bir stəkan suda 20 dəqiqə saxlanılıb içiləndə sidikqovucu təsir edir. Sidik kisəsi, sidik yolları, böyrəkləri tut şirəsi yuyur. 

8. Xərçəngə qarşıdır
Tutun tərkibində olan antioksidantlar xərçəngə yoluxma riskini azaldır, xərçəngə tutulmuş insanda isə şişlərin azalmasına səbəb  olar. Xüsusən prostat xərçənginə qarşı təsirlidir.

9. Qanda şəkəri tənzimləyər
Çox insanlar tut şirindir deyə, diabet xəstələrinə olmaz deyə düşünür. Lakin Amerika Diabet Dərnəyi 20 insan üzərində apardığı təcrübənin nəticəsində məlum oldu ki, tut qanda qlükoza səviyyəsini düşürür.

10. Dərini gözəlləşdirir
Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Çox quru dərilərə tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska edirlər.

Tut dərini qoruyur, dəri xərçənginə qarşı təsirlidir.

Eləcə də saçları sağlamlaşdırır. Tutu qaynadıb suyunu saç köklərinə çəkib, saçları yaxalayın. 

Bütün bu faydaları əldə etmək üçün, il boyu həm ağ, həm qara tutu özünüzdən əsirgəməyin.

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Snow White
Bibim gilin qapisinda var maragim dusende gedib yeyirdim ag tutu sevirem tesekkurler
14 avqust 2019 22:40
6
But my dear it's not wonderland and you are not Alice:((
Offline
BARBI
Tutu hec sevmirem.Tut faydali meyvedi
14 avqust 2019 13:20
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
BakılıQız
Ag tutu cox sevirem, cox yeyirem vaxtinda, qara tutu hec sevmirem
14 avqust 2019 11:40
4
hahahah Gül və güldür hahahah
Offline
tatyana
Coxx sevirem amma illerdiki cata bilmirem movsumunde
14 avqust 2019 10:20
3
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
Love-Girl
Men daha cox Xar tutu sevirem. Ama bagimizda ag tut var, agacin bawinda da az gezmirem masallah.
14 avqust 2019 09:36
2
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
❤Mələyim❤
Çox sevirəm ağ tutu məlumat üçün təşəkkür edirəm
14 avqust 2019 06:32
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri