Balqabaq tumları ilə qurdları tökməyin 5 qaydası – 3 günə effekt

Şərhlər: 4
Baxılıb: 352
Səs ver:
(səs: 0)
İnsan yaranandan qurdlar, parazitlər də onun orqanizmində özünə yer tapıb və onunla birgə yaşayıb. Elə parazitlər, bakteriyalar var ki, onlarım mövcudluğu hətta xeyirlidir. Elələri də var ki, orqanizmin ehtiyatını tükədir, müxtəlif xəstəliklərə səbəb olur.

Əgər insanın immuniteti zəifdirsə, parazitlər üçün çoxalmaq asanlaşır və onlar bütün bədənə hücum çəkir. 

İnsanda qurd və parazitlərin çox və aktiv olmasının əlamətlərini təqdim edirik.

-Qəbizlik və ya ishal

-Həddən artıq çox köp, qaz

-Qıcıqlanmış bağırsaq

-Həzmin pozulması

-Səbəbsiz həyəcan, yuxusuzluq

-Dişlərin qıcılması

-Əzələ və oynaqlarda səbəbsiz ağrı, sancı

-Çox yedikdən sonra belə aclıq hissi

-Yorğunluq, əhvalın olmaması

-Dəridə səpki, qızartı, rənginin dəyişməsi

Təbii ki, parazitlərin təyini üçün müxtəlif analizlər var. Qurdları tökmək üçün qədimdən balqabaq tumu barədə çox danışılır.

Həqiqətən balqabaq tumları tərkibinə görə qurd tökür.

Amma ondan düzgün istifadə etmək lazımdır. Balqabaq tumları ilə parazitləri təmizləməyin bir neçə metodu var:

1.  3 qaşıq üyüdülmüş balqabaq tumun üzərinə 1 xörək qaşığı təmiz bal töküb qarışdırır, bu qarışımı yeyirsiz. 2 saat sonra qarın işlədici tablet atılır. Bundan 45 dəq sonra imalə edilir.   Bu üsul həftədə 1 dəfə edilir. 3 dəfə etmək yetərlidir. 

2. Üyüdülmüş toz balqabaq tumunu səhər acqarına 1 çay qaşığı miqdarında yeyib, isti süd içmək olar.

3. 100 qr xırdalanmış tum 1 xörək qaşığı şəkər tozu ilə qarışdırılır. Bu qarışım hər səhər acqarına 2 xörək qaşığı qəbul olunur. Üzərindən dərhal 1 qaşıq gənəgərçək yağı için. 

4.100 qr üyüdülmüş balqabaq tumuna 50 qr kakao qatıb, bir az su ilə ondan yastı lavaş kimi düzəldin. 

Bu miqdardan 20 ədəd belə kiçik hissə çıxır. Bunları qəbul edəcəyiniz gün heç nə yemirsiz.  Səhərdən başlayaraq, hər 15 dəqiqədən bir birini yeyin. Orqanizm həmin gün təmizlənəcək.

5.Üyüdülmüş balqabaq tumunu bir stəkan qatığa qatıb yemək də olar

Qeyd: balqabaq tumu 3 yaşından sonra uşaqlara verilə bilər. 

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
vipbetul
faydali cerezdir
10 iyun 2019 17:13
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BakılıQız
Bu balqabaq tumu haqqinda here bir soz deyir hansi duzdu bilmedim. Gah deyirler qurd salir,gah deyirler qurd qovur. Onu deyimki hec istifade etmirem.
8 iyun 2019 09:39
3
Offline
BARBI
Mende etmisem balqabaqla resept.Qurd ucun cox effektli vasitedir
8 iyun 2019 09:00
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Balqabaq tumlarini çox sevirəm təşəkkür xəbər üçün
8 iyun 2019 08:24
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri