Bişmiş qarğıdalının orqanizmə 12 faydası – Bu xəstəliklərdə effektivdir

Şərhlər: 6
Baxılıb: 2 268
Səs ver:
(səs: 0)
Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər.

Bizdə isə qarğıdalı az xörəkdə istifadə olunur, daha çox yayda, dəniz kənarında suda bişmişi yeyilir. 

Amma yenə də mövsümündə və hətta digər mövsümündə də bu faydalı dənli bitkisi orqanizmə çox faydalı olduğundan bol istifadə olunmalıdır.

B, E, H, A vitaminləri, dəmir, natrium, yod, maqnium, fosforla zəngin qarğıdalının insan orqanizminə çox faydalıdır. Hansı xəstəliklərdə xeyirlidir, kimlərə olar, kimlərə olmaz?

1.Qaraciyəri tənzimləyir, ödü qovur
Öd və qaraciyər problemi olanlar təzə qarğıdalı yesələr, yüngüllük hiss edəcəklər. Çünki ödü qovur. Bişmiş qarğıdalı və saçaqları hepatit, öd kisəsi və öd axarları iltihabı zamanı effektivdir. 

Amma qaraciyər xəstəlikləri olanlar bişmiş qarğıdalının üzərinə bir qədər kərə yağı çəkib yesinlər.

2.Bağırsaqların hərəkətliliyini artırır
Qəbizlik tənbəl bağırsaq sindoromundan da qaynaqlanır. Qarğıdalı dənli olduğu üçün kobud qidadır və bağırsaqların divarına təzyiq edərək, peristaltikanı aktivləşdirir. Ona görə qəbiz insanlara da lazımdır.

3. Mədəaltı vəzini dirçəldir
Çox az adam və həkim bilir ki, təzə, sütül qarğıdalı təmləməsi mədəaltı vəziyə yüngül tənzimləyici təsir edir. Bunun üçün 7 gün ərzində gündə 1 stəkan qarğıdalı dənlərinin dəmləməsini içmək lazımdır. Bu, maddələr mübadiləsini tənzimləyəcək. Penkreatit və diabetli xəstələrə çox faydalıdır.

4.Ürək –damarları möhkəmləndirir
Tərkibində olan bir çox maddələr damarları möhkəmləndirir, eləcə də podaqra, nefrit zamanı ağrı tutmalarını azaldır.

5.Uşaqların boyunu, sümüklərini uzadır
Qarğıdalı uşaqlara əks göstəriş deyil. 3 yaşından vermək olar. Körpənin aktivliyini artırır, böyüməsinə zəmin yaradır. 

6.Cinsi hormonları artırır
Həm qadın, həm kişilərdə hormonal problemlərdə faydalıdır. Sonsuzluqdan və impotensiyadan müalicədə bol yeyilə bilər.

7. Depressiya və nevrozla mübarizə aparır
Tərkibində olan mikroelementlər antidepressant və sakitləşdirici təsir edib, sinir sistemini tənzimləyir. Əsəbi insanlara faydalıdır.

8. Hamiləlik və südverən analar üçün vacibdir
Qarğıdalı hamiləlikdə toksikozla mübarizə aparır, südverənlərdə isə laktasiyanı artırır.

9.  Yoğun bağırsaq şişlərinə qarşıdır
Fermentativ tərkibi bağırsaqlarda bədxassəli şişlərin yaranması və böyüməsinn qarşısını alır

10.İnfakrt, insultdan qoruyur
Dənələrində olan kalium, natrium insanı infarkt, insult və kardioloji problemlərdən qoruyur

11.İmmuniteti möhkəmləndirir
Müntəzəm qarğıdalı qəbul edənlərdə immunitet aktivləşir, bununla da infeksion xəstəliklər və viruslara qarşı dözümlülük yaranır.

12.Gözləri qoruyur, görməni itiləşdirir
Qarğıdalının tərkibində olan keratinoidlər görmənin itiliyi üçün vacibdir. Ona görə görməsi zəifləyənlər və yaşlı insanlar qarğıdalını bir qədər bol yesin.

Kimlərə qadağandır?
Qanın laxtalanmasında problemi olanlara, trombozu olanlara olmaz. Eləcə də çəkisi müxtəlif səbəblərdən azalanlar yeməsin. Kəskin mədə-bağırsaq xoralarında və köpü olanlara da məsləhət deyil. 
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 268
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri