Qara çay faydalı olsa da...

Müəllif: diablo
Şərhlər: 5
Baxılıb: 1032
Səs ver:
(səs: 0)
Mütəxəssislər uzun illərdir ki, qara çayın faydalı xüsusiyyətlərini öyrənirlər. Tədqiqatlar göstərir ki, gündə 1 stəkan çay içənlərin immun sistemi daha güclü olur.

Qadınla.Com bildirir ki, qara çay xüsusilə mövsümü soyuqdəymələr zamanı daha çox faydalıdır. Ağır və yağlı yeməklərdən 1 saat sonra qəbul olunması həzm prosesini asanlaşdırır. Ona rəng verən birləşmələr damar çəpərlərini gücləndirir, beyin də daxil olmaqla bütün orqanlarda hər cür qanaxma riskini azaldır. Çay içilməsi qan dövranını yaxşılaşdırır, diş minasını möhkəmləndirir, bədəni zərərli maddələrdən təmizləyərək böyrəklərin daha yaxşı işləməsini təmin edir.

Qara çay B2, C və E vitaminləri, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəriağardıcı təsirə malikdir. O, qanda xolesterinin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəliklərinə profilaktiki təsir göstərir. Belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyi artırır.
Artıq və vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki bəzi maddələr qidadan alınan dəmirin miqdarını azaldır. Çaydan ifrat istifadə əsəb pozğunluğu, yüksək təzyiq, əl titrəməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərin isə səhhətində problem yarada bilər.
Çay, eyni zamanda, pəhriz üçün də yaxşı vasitədir, çünki kalorisizdir. Onun vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. İçərisinə faydalı bitkilər əlavə edilməklə çay içilməsi artıq kalori və çəkidən azad olmağa kömək edir. Lakin həddindən artıq şəkərli çay içmək isə ürək-damar, köklük kimi xəstəliklərə səbəb olur. Ümumiyyətlə, gün ərzində dörd fincandan artıq və tünd çay içməkdən çəkinmək lazımdır. Orqanizmin ehtiyac duyduğu mayeni isə su ilə ödəmək məsləhətdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1032
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
fiyonik
Mənim vazkeçilməzimdi. Hər nə qədər kofe çox içsəmdə. Çayı da mən çox içirəm. Gündə hardasa 4-5 stəkan içirəm. Hər yeməkdən sonra da 1 stəkan su. Axşam hazırlıqları bitirəndə kitab oxuyaraq kofe. Maye çox qəbul edirəm. Çayda həmçinin. Əsəblərimi sakitləşdirir. Dərs yazanda mütləq çay içməliyəm. Onda daha yaxşı yazıram. Amma nə qədərdə olsa suya olan ehtiyyacı çay çox zaman ödəmir. Məlumat da marağlıdı. Təşəkkürlər!
8 fevral 2020 23:45
5
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
Miss
Men cay delisiyem
4 fevral 2020 18:53
4
Offline
Btsarmy;)
Mmm maraqli xeber idi
Ellerine sagliq canım ❤❤❤❤❤❤❤✌✌✌✌✌
Men o qederde çay seven deyilem....
4 fevral 2020 17:59
3
-^Gozlerin Gözlerimin Gozlediyi Gözleri Gözleseydi Gözlerin Gözlerimle Göz-Göze Gelerdi...✌
Offline
BARBI
Mende cayxoram.Artiq cox icmirem.Cox cay zererlidir
4 fevral 2020 10:23
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
kivircik
Bizde chox ichilir chay,anam demishken seher achilandan axshama qeder elimizde chaydan chaynik olur)))Hersheyin choxu ziyandi,qederinde lezzet eliyir.Biraz xeyirli ve etirli olsun deye keklikotu,mixek,gul suyu ,portagal qurusu qatiram demleyende
4 fevral 2020 09:49
1
Az shikayet,chox shukur- seni mutluluga goturur!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri