Tut bəhməzinin faydaları

Müəllif: Marsell
Şərhlər: 5
Baxılıb: 3 665
Səs ver:
(səs: 0)
Sağlamlıq üçün çox faydalı olan tut bəhməzi, qan yaradıcı funksiyası, soyuqa qarşı qoruması və zehni qabiliyyətin inkişafına müsbət təsir edən bir çox özəlliyə sahibdir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da tut bəhməzini çox sevdiyini və xəstəliklərə qarşı faydalı olduğunu bildirmişdi. O, Ərzurumdan özəl olaraq bəhməz sifariş verdiyini və hər gün istifadə etdiyini vurğulayıb.
Əsl tut bəhməzi istehsalı olduqca çətindir. Mineral baxımından çox yüksək dəyərdədir və şəfa mənbəyidir. Bəhməzdəki şəkər miqdarının yüksək olması tutun şəkər miqdarından asılıdır.

İki yemək qaşığı, 20 qram bəhməz insan orqanizmi üçün çox dəyərli olan 2 mq dəmir, 80 mq kalsium və enerji deməkdir. Tutdan hazırlanan bəhməz özəlliklə sinir sistemi fəaliyyətinin davamlı çalışması üçün olduqca faydalıdır. Bundan əlavə o sürətlə qana qarışa bilən qida olduğu üçün təcili enerji ehtiyacına lazımdır.

Tut bəhməzinin faydaları:
- Qan azlığı olan xəstələr üçün çox yararlıdır.
- Mədə xəstəlikləri, özəlliklə də onikibarmaq bağırsaqda olan narahatlıqlar zamanı istifadəsi məqsədəuyğundur.
- Asma və bronxit xəstəliklərinə qarşı yararlıdır.
- Soyuqa qarşı bədənin dayanıqlılıq gücünü artırır.
- İdmançılar üçün enerji deposudur.
- Uşaqların böyüməsinə və inkişafına yardım edir. Həm də onların zehni inkişafına təkan verir.
- Ağız və boğaz xəstəlikləri zamanı qar-qara şəklində istifadə edilə bilər.
- Uşaqlarda rastlanan ağızın içindəki ağ xırda yaralar zamanı tez-tez istifadə olunur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 665
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri