Həftədə bir dəfə qaynadıb suyunu içdikdə - Xəstə hüceyrələri yox edir, sağlam hüceyrələri çoxaldır

Müəllif: aliceWOnDer
Şərhlər: 6
Baxılıb: 4 116
Səs ver:
(səs: 0)
Yabanı bitkilər silsiləsindən olan sumaxın meyvəsi toplanır və qurudulub toz şəklinə gətirildikdən sonra ədviyyat kimi istifadə olunur. Bütün torpaqlarda yetişən sumax otunun 150 növü var. Bəs bunlardan sadəcə iki növünün zəhərsiz olduğunu necə, bilirdiniz?

Turş dada malik olan sumax limonun olmadığı vaxtlarda alternativ olaraq istifadə olunurmuş. Aparılan araşdırmalarda limon kimi sumaxın da antioksidant özəlliyə malik olduğu müşahidə edilib. Eyni zamanda mütəxəssislər yuxarı tənəffüs yolları xəstəliklərini dərmandan istifadə etmədən sumax suyu ilə müalicə oluna biləcəyini vurğulayırlar.

Qandakı insulinin miqdarını nizamlayır. Bu özəlliyə sahib olan sumax diabet və yüksək təzyiq xəstəliyindən əziyyət çəkənlərin istifadə etməli olduğu ədviyyatdır.

- Antioksidant təsiri ilə yuxarı tənəffüs yolları xəstəliklərində anidən meydana gələn yüksək temperaturu aşağı salaraq beynin sağlamlığını qoruyur.

- Həftədə 1 stəkan qəbul edilən sumax suyu sinir sistemində deformasiyaya məruz qalmış hüceyrələrin sayını azaldaraq sağlam hüceyrələrin artmasına kömək edir. Yorğunluq, stress və depresiya kimi narahatlıqların yaşanma riskini azaldır.

- Sumax suyu həzm sisteminə yararlı olduğu üçün arıqlamaq istəyənlər də istifadə edə bilər.

- Gün ərzində yarım stəkan sumax suyu içdikdə həzm və köp problemlərinin qarşını alır.

- İştahı olmayan uşağınıza ayda 1 dəfə sumax suyu içirin. Həm uşağınızın bədəninin müqavimətini artırır, həm də iştahını açaraq daha sağlam qidalanmasına kömək edir.

- Sumax, adətən dırnağın altında yaranan dolamanın sağalması üçün də istifadə olunan təbii müalicə vasitələrindən biridir. Qaynayan sumax suyunun içinə sirkə və bal qoyaraq yaxşıca qaynadın. Bu qarışımı bir gün saxladıqdan sonra dolamanın üzərinə sürtün.

- Hüceyrələri yeniləyən özəlliyi sayəsində dəriyə və saça da faydası var. Qaynadılmış sumax suyunu tonik olaraq istifadə edin. Səhər və axşam davamlı olaraq istifadə edəcəyiniz bu su həm sivilcə və aknelərin yaranmasının qarşısını alır, həm də yaşlanmanı gecikdirır.
- Ağızda meydana gələn aft yaralarını 1 saata aparan təbii vasitələr arasında sumax birincidir. Bunun üçün 1 yemək qaşığı sumaxı 1 stəkan suda qaynadın. Daha sonra qarqara edərək həm diş ətlərinə, həm də ağızdakı aft yaralarına qarşı faydalı olan bir qarışım əldə edəcəksiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 116
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri