Zirincin müalicəvi xüsusiyyətləri

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 915
Səs ver:
(səs: 0)
Zirinc orqanizmə güclü təsir edən müalicəvi xüsusiyyətlərə malikdir. Onun tərkibi karbohidratlar, makro və mikro elementlər, K, E vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qətran maddəsi ilə zəngindir. Qədim Misirdə ondan qanı təmizləmək, Çin həkimləri bir çox xəstəliklərin müalicəsi, slavyan təbibləri isə bitkinin kök və qabığından hazırlanan cövhərdən soyuqdəymə və qanaxmalar zamanı istifadə ediblər. Onun meyvə, kök və gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı.

Zirinc meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə və qankəsici təsir göstərir.
Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincin qırmızı rəngli xırda meyvələrinin turş dadına və faydalı xüsusiyyətlərinə görə bəzən "şimal limonu" da adlandırırlar.

Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Zirinc kökünün dəmləməsi göz xəstəlikləri zamanı islatma kimi tətbiq edilir. Bundan başqa, zirincin meyvəsi və ondan alınan cövhər mədə-bağırsaq sistemi və ağciyər xəstəlikləri zamanı qəbul edilir.

İkinci dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etmək məsləhət görülür, çünki onun qanda insulin və şəkərin normalaşdırmaq xüsusiyyəti var. Zirinc qanda xolestrolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edənlərə zirinc çayı içməyi məsləhət görürlər. Lakin onun qəbulu zamanı diqqətli olmaq lazımdır. Zirinc əzələlərin aktivliyini artırır və ona görə də hamiləlik zamanı zirinc və onun yarpaqlarından hazırlanan dəmləmələri qəbul etmək məsləhət görülmür. Sakitləşdirici preparatlar qəbul edən zaman həmin dəmləmələrdən istifadə etmək olmaz. Bu dərmanın sedativliyinin artmasına səbəb ola bilər və xəstələrdə baş gicəllənmə, ürək bulanma, qıcolma, burun qanamaları müşahidə oluna bilər.

Tibdə zirincin spirtli çıxarışı hepatitlərin, öd daşı xəstəliyinin müalicəsində və uşaqlıq qanaxmasının qarşısını almaq məqsədilə tətbiq olunur. Ev şəraitində həmin cövhəri hazırlamaq çox asandır. Bunun üçün 20 qram zirinc yarpağı 100 qram 70 faizli spirtdə 15 gün müddətində isti və quru yerdə saxlanılır. Alınan tünd-sarı rəngli cövhərin turşməzə dadı olur. Onun qəbulu ən çox fibroma zamanı və abortdan sonra baş verən qanaxmalarda səmərəli vasitə sayılır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 915
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4927
Xəbər sayı: 48
fiyonik
Zirnic bizim sevimlimizdi. Hələ konfetini lap seviyom❤
Biz zirnic ilə kapot edirdik. Bu il,təəssüf ki, edə bilmədik. Baş ağrısına effektiv nəticəsi var. Təşəkkürlər
7 avqust 2020 22:01
6
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 12302
Xəbər sayı: 0
tatyana
Men cox sevirem mürebbesinide, cayınıda,qurudulmuşu varımdı hal hazırda, qara cay demledikde bir azda zirincden tökürem hem faydalıdır hem dadlı olur cay
6 avqust 2020 23:51
5
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Plovda bir dəfə yemişəm turş dada malikdir
6 avqust 2020 23:27
4
p.s
Şərh sayı: 23
Xəbər sayı: 0
♡ilk Nur♡..
Faydalı meyvədi hə bizi tərəflərdədə itburnu deyilir .

Bu meyvəni dəmləyib suyunu içmək börəklər üçün çox xeyirlidir.
6 avqust 2020 22:45
3
Şərh sayı: 418
Xəbər sayı: 0
_HeRBici_SeVgiLisi_
zirinc wekildeki meyvesdirse men bilen itburnuda deyirler:):):):):):)
6 avqust 2020 18:38
2
_HeRBici_SeVgiLisi_
Şərh sayı: 80984
Xəbər sayı: 30
BARBI
Cox faydali meyvedi.Men bildiyim demlemeside icilir
6 avqust 2020 17:31
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri