Təbii gül suyu necə hazırlanır?

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 15 214
Səs ver:
(səs: 2)
Dərinizi təmizləmək üçün dəri təmizləyici vasitələrə pul verməkdənsə , bunu özünüz hazırlamağa nə deyirsiz?
Hazırlanması olduğca sadə olan gül suyu dərinizə də heç bir zərər verməyəcək.

Bəs nə üçün gül suyu istifadə etməliyik?
Gül suyu dəridəki artıq yağı təmizləyir, antibakterial təsirə malik olur..
Hər növ dərinin istifadəsinə uyğun olan gül suyu eyni zamanda dəriyə parlaqlıq verir..

Gül suyu üçün lazım olanlar:
2 ədəd gül
2 stəkan isti su
1 ədad qapaqlı şüşə qab

Hazırlanması:
Güllərin ləçəklərini tək tək qoparın, 2 stəkan qaynamış suyu şüşə qabın içinə tökün, daha sonra ləçəkləri bu suyun içinə əlavə edin və şüşə qabın qapağını bağlayın.. Su otaq temperaturunda soyuyana qədər qabın qapağını açmayın, su yaxşıca soyuduğu zaman süzgəc vasitəsiylə ləçəkləri sudan ayırın..
Hazırladığınız gül suyunu soyuducuda bir həftə boyunca saxlaya bilərsiniz..

Gül suyunu necə istifadə etməliyik?
Gül suyunu təmizlənmiş və makiyajdan silinmiş dərinizə pambıq vasitəsilə çəkə bilərsiniz..

P.S Gül suyunu istifadə etməmişdən öncə biləyinizə bir balaca sürtün və gözləyin, dərinizdə heç bir qızarıqlıq olmasa rahatlıqla üzünüzdə istifadə edə bilərsiniz
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 15 214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri