Çobanyastığı çiçəyinin faydaları

Müəllif: Narın Yağış
Şərhlər:
Baxılıb: 3838
Paylaş:
Səs ver:
(səs: 3)
Çobanyastığı bitkisi və çiçəyi
Yol kənarlarında və boş ərazilərdə öz-özünə yetişən xoş qoxulu sarı-ağ rəngdə çiçəklər açan bir bitkidir.

Çobanyastığının faydaları

İştahı açır. Sinirləri sakitləşdirir, eləcə də baş və bel ağrısına xüsusi ilə müsbət təsir göstərir, ağrıları sakitləşdirir. Diş ağrısına da faydalıdır.Bədənə rahatlıq verir. Sidik artırıcıdır. Hərarəti azaldıcı və mikrob öldürücü xüsusiyyətə malikdir. Mikrob öldürücü təsiri daha çoxdur. Dişəti, ağız, boğaz və badamcıq iltihablarında qarqara etmək ,dəmləməsi ilə yaralar və babasildə sağrı nahiyəsi yuyulur.Bu həm mikrobları öldürür, həm də yaranın sağalmasını tezləşdirir.Əlavə olaraq ağrıları azaldır, faydalıdır.

Çobanyastığı dəmləməsi bağırsaq qazlarını da müsbət təsir edir(südlə birgə içmək daha yaxşıdı). Spazmı aradan qaldırır.Bağırsaqlardan qaz çıxarma xüsusiyyəti olduğu üçün xüsusilə də qastrit və mədə xorası zamanı çox faydalı olan çobanyastığı xəstəliyin sağalmasını tezləşdirir.
Çobanyastığının çayı, yağı tibbdə çox istifadə edilir. Çobanyastığı çayı dərini təmizləmək ve fərahlandırmaq üçün faydalıdır. Bu çayla gözə kompres etmək gözdəki şişkinliyi aparır. Çobanyastığı suyu, yəni dəmləməsi ilə vanna qəbul etmək bədənin dərisinə mikroböldürücü təsiriylə bərabər dərini təzələr.Saçları bu dəmləməylə yumaq parlaqlıq verər.

Çobanyastığı yağı ağrıların müalicısində də istifadə olunur. Əsasəndə uşaqların qarın nahiyəsindəki sancı, ağrı (ağrı əsasən köp zamanı olur)zamanı çobanyastığı yağı isidilir və əllə qarın nahiyəsi yüngül masaj edilir. Bunu ağrı olmayan zaman da etmək olar faydası var, amma ziyanı yoxdu. Çobanyastığını qaynadıb buxarı ilə tənəffüs etmək soyuqdəymə və sinusitdə (burun ciblərinin iltihabı deməkdir) xeyirlidir.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 3838
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv