Albalının sağlamlığa faydaları

Müəllif: Zeynuş
Şərhlər: 10
Baxılıb: 3 571
Səs ver:
(səs: 0)
Albalıda qanın laxtalanmasını normallaşdıran maddələr vardır. Bu maddələr qanın laxtalanmasını azaltmaqla infarktın qabağını alır. Albalı iştahı artırır, qanazlığında yeyilməsi məsləhət görülür. Meyvəsi və şirəsi antiseptik xassəyə malikdir.
Xalq təbabətində albalı şirəsi astma xəstəliklərində bəlğəmgətirici kimi işlədilir və sinəni yumşaldır. Bunlardan başqa artiritdə, ürəkkeçmədə və əsəb xəstəliklərində məsləhətdir. O, hərarəti aşağı salır, bel ağrılarını sakitləşdirir və cinsi fəaliyyəti gücləndirir. Albalı şirəsi susuzluğu, qan təzyiqini və ödün sürətli ifrazını azaldır. Təzə albalıdan hazırlanmış mors qızdırmada (titrəmə - qızdırmada) kömək edir. Bədəndəki boşluqlara su yığılması (xəstəliyi) və sidikdaşı xəstəliklərində sidikqovucu, ishalda isə bərkidici kimi istifadə edilir. Bu məqsədlə meyvələrin saplaqlarından da istifadə edilir. Saplaqlarının həlimi aşağıdakı kimi hazırlanır: iki xörək qaşığı saplaqları bir stəkan suda 20 dəq. qaynadılır.
Cavan budaqlarının həlimi ishal əleyhinə istifadə edilir. Albalını süddə dəmləyib içmək iştahanı artırır.

Titrətmə
Qızdırmada susuzluğu yatızdırmaq üçün xəstəyə albalı meyvəsi və şirəsi verilməsi faydalıdır.

İshalda
Uşaqlar üçün albalının quru budaqları yaxşı vasitədir. Bunun üçün 5 - 6 xırda budağı qopardıb 1 litr su töküb 10-15 dəq. sakit odda qaynatmaq, soyutmaq, süzmək. Bunu su əvəzinə uşağa içirtmək faydalıdır.

Aybaşı pozğunluğunda
2 x.qaşığı albalı budaqlarının qabığından 2 stəkan qaynar suya töküb, gecəni termosda dəmləmək, süzmək. Yeməkdən 1 saat qabaq gündə 4 dəfə 100 ml qəbul etmək lazımdır.

Sidik kəsilməsi (yavaşıası, tutulması) xəstəliyində
Albalının meyvələrinin saplaqlarından 3 x.qaşığı götürüb 3 stəkan suya töküb, ağzı bağlı qabda 30 dəq. qaynatmaq, süzmək. Yeməkdən 30 dəq qabaq 150 ml gündə 4 dəfə qəbul etmək məsləhətdir.
Qədim zamanlarda orqanizmdə olan qurdları albalı dəyən vaxt salırdılar. Bunun üçün albalı mövsümündə uşaqlar və böyüklər acqarına mümkün qədər çox yetişmiş albalı yeyirdi. Albalı yeyəndən sonra 1 saat heç nə yeməmək lazımdır!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 571
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri